Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Bu haqda “Xaql” qəzetinə bölmənin mətbuat xidmətindən məlumat verilib. 

İclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərin ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkə başçısının elm, təhsil və ana dilinin qorunması və inkişafı ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib. Bundan əlavə, bildirib ki, dövlət başçısının Azərbaycan – ABŞ münasibətləri, beynəlxalq proseslər və milli maraqların qorunması ilə bağlı mövqeyi ölkənin müstəqil və prinsipial siyasətinin bariz ifadəsidir. Prezident İlham Əliyevin bu məsələlərə dair fikirləri Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq müstəvidə ardıcıl və qətiyyətlə müdafiə olunduğunu nümayiş etdirir.

Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və memarlıq ili” elan edilməsindən irəli gələn vəzifələrdən danışaraq bu qərarın elmi-tədqiqat müəssisələri qarşısında yeni və mühüm öhdəliklər qoyduğunu qeyd edib. O, şəhərsalma və memarlıq sahəsində tarixi irsin öyrənilməsi, qorunması və elmi əsaslarla təbliğinin aktuallığını diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında tarix-memarlıq abidələrinin bərpa və konservasiyası ilə bağlı imzaladığı mühüm sərəncamlar da xüsusi vurğulanıb,  dövlət başçısının Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında 18 sentyabr  2025-ci il tarixli sərəncamını, həmçinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı Naxçıvanın zəngin maddi-mədəni irsinə dövlət səviyyəsində göstərilən yüksək qayğının bariz nümunəsi olduğuu diqqətə çatdırılıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının 2026-cı il üçün İş planı, elmi işçilərin fərdi iş planlarının təsdiq olunması kimi məsələlər müzakirə edilib. Həmçinin institutun bəzi əməkdaşlarının vəzifə və elmi dərəcələrində dəyişiklik edilməsi məsələlərinə baxılıb.

Şöbələrin elmi-tədqiqat planlarının təsdiqi, eləcə də nəşrə hazırlanmış kitab və məqalələr ilə bağlı Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov danışıb. 

İclasda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev isə elmi seminarların 2026-cı il üçün iş qrafikinin təsdiqi barədə məlumat verib.  

İclasın sonunda gündəlikdə nəzərdə tutulan bütün məsələlərin ətraflı müzakirə edildiyi qeyd olunub, AMEA Naxçıvan Bölməsində görülən elmi və təşkilati işlər təhlil olunaraq müsbət qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə, təhsilə, tarixə və milli-mədəni irsin qorunmasına göstərdiyi ardıcıl və məqsədyönlü diqqət ölkədə elmi düşüncənin inkişafına, tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılmasına və milli dəyərlərin gələcək nəsillərə elmi əsaslarla çatdırılmasına möhkəm zəmin yaratdığı xüsusi vurğulanıb. 

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri