AMEA nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva elmi müəssisənin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti üzrə yarımillik hesabatı təqdim edib. Hesabatda qeyd olunub ki, cari dövr ərzində institut tərəfindən ümumilikdə 28 elmi tədbir həyata keçirilib. Onlardan biri respublika səviyyəli konfrans olub. Yarım il ərzində institut əməkdaşlarının müəllifliyi ilə 4 kitab, 140 elmi məqalə nəşr olunmuşdur. Məqalələrin 30-u xarici nüfuzlu elmi jurnallarda dərc edilib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli hesabatı yüksək qiymətləndirib.
İclasda, eyni zamanda, bir sıra şöbələrin sənədləri ilə bağlı məsələlərə baxılıb. Monitorinq və linqvistik təhlil şöbəsinin əsasnaməsi təsdiqlənib. İclas zamanı institutun bir sıra əməkdaşları - professor Sayalı Sadıqova, filologiya elmlər doktoru Zenfira Əliyeva və dosent Elçin İsmayılov yubileyləri münasibətilə fəxri fərmanla təltif ediliblər.
Baxış sayı:87
Bu xəbər 25 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















