Icma.az
close
up
RU
“AMEAnın 20252030cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi” müzakirə edilib

“AMEAnın 20252030cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi” müzakirə edilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması üzrə işçi qrupunun iclası keçirilib. AMEA-dan SİA-ya bildirilib ki, iclas beynəlxalq təcrübədə elmin inkişaf strategiyalarına mövcud yanaşma və tendensiyaların, işçi qrupuna təqdim olunmuş təkliflərin, o cümlədən inkişaf konsepsiyasının strukturunun müzakirəsinə həsr olunub.

“AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və akademiyanın gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.

“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni yol xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra işçi qrupunun sədri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri Sərxan Xavəri “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanmasının menecmenti, koordinasiyası və intellektual emalı” mövzusunda çıxış edib.

İşçi qrupunun sədr müavini Füzuli Qurbanov isə çıxışında müzakirə olunan mövzuya müasir elmi çağırışlar kontekstində yanaşıb. Qeyd edib ki, AMEA-nın inkişaf konsepsiyası dünya elminin çağırışları və Azərbaycanın strateji inkişaf kursu nəzərə alınmaqla formalaşdırılmalıdır. Bunun üçün konkret fəaliyyət istiqamətləri, AMEA-nın yeniləşmə kursunun əsas nəzəri-konseptual prinsipləri, real mexanizmləri, strateji hədəfləri prizmasında müəyyən edilməlidir.

Tədbirdə, həmçinin “Müasir dünya elmində və Türkiyədə ictimai və humanitar elmlərin əsas inkişaf tendensiyaları”, “Avropa, Amerika Birləşmiş Ştatları və Çində elmin inkişaf strategiyası: qarşılıqlı müqayisə”, “Körfəz. Ərəb ölkələrində 2025-2030-cu illər elm və təhsil strategiyası (Qətər dövlətinin nümunəsində)”, “Müasir şəraitdə Rusiya Federasiyasında humanitar və ictimai elmlərin inkişaf strategiyası” mövzularından çıxışlar dinlənilib və müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri