Icma.az
close
up
RU
AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. 

XQ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 30 aprel 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının Sərəncamında Azərbaycan Milli Elmlər Akademiyasına da müvafiq tapşırıq verilib və AMEA-nın Rəyasət Heyətinin 25 may tarixli iclasında Lətif Kərimovun 120 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması məqsədilə Akademiyanın elmi bölmə, müəssisə və təşkilatlarına təkliflərin təqdim edilməsi tapşırılıb.

Akademik İsa Həbibbəyli görkəmli xalçaşünas, Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı təkliflərin AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu bildirib və müzakirələrdən sonra AMEA-nın Tədbirlər planı təsdiqlənib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının 2026-cı ilin birinci yarısında həyata keçirdikləri elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsinə dair hesabatı olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın 80 illik tarixində ilk dəfə olaraq AMEA-nın Rəyasət Heyətinin iclasında elmi müəssisələrdən birinin hesabatı təqdim olunur. Qeyd edib ki, Akademiyada elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsinin yeni metodla, bal sistemi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Akademik İsa Həbibbəyli bu istiqamətdə ilkin müzakirələrin AMEA-nın Rəyasət Heyətində keçirilən müşavirədə və Rəyasət Heyətinin ötən iclasında aparıldığını xatırladaraq, prosesin mərhələli şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Bu gün kağız daşıyıcılarını elektron resursların əvəzlədiyini qeyd edən AMEA rəhbəri dünyada və ölkəmizdə gedən tendensiyalara uyğun olaraq, elektronlaşmanın zəruriliyinə toxunub. Diqqətə çatdırıb ki, 2027-ci ildə Akademiyada elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır və həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək. 

Bu gün qeyd olunan elmmetrik qiymətləndirmə metodundan Qazaxıstan, Rusiya, Yunanıstan, Polşada geniş istifadə edildiyini bildirən AMEA prezidenti qeyd edib ki, dünya elminin bu istiqamətə doğru yönəldiyini, kağız vasitəsilə təqdim edilən hesabatların kağız üzərində qaldığını, öz aktuallığını itirdiyini, dünyada kağız hesabatlardan sürətli rəqəmsal hesabata keçildiyini söyləyib.

“Elmi işçilərin elmi fəaliyyətini ənənəvi hesabatdan yeni hesabat formatına keçirmək müasir rəqəmsal dövrün çağırışlarına tam uyğundur. Ən yüksək bal toplayanlar, ən yaxşı nəticə göstərənlər həm müvafiq qaydada mükafatlandırılacaq, həm də gələcəkdə institut daxilində müvafiq vəzifələrə vakant yerlərə seçim pprosesində ən real namizəd olaraq həmin şəxslərə üstünlük veriləcəkdir. Beləliklə, yeni kadr potensialı formalaşdıracaq və bir növ elmi işçilər gələcək karyeralarını özləri təyin edəcək. Akademiyanın, elmimizin gələcəyini dünyanın gələcəyinə uyğunlaşdırmaq üçün ənənəvi metoddan rəqəmsal çağırışlara uyğun yeni metodologiyaya keçməliyik. Bunun üçün müzakirələrin təşkil olunması olduqca əhəmiyyətlidir. Məqsədimiz yeni modeli nümayiş etdirməklə, əməkdaşların onunla yaxından tanış olmasını və bu barədə dəyərli təklif və fikirlərini bölüşmələri üçün münbit şərait yaratmaqdır. Bu model Akademiyada aparılan islahatların məntiqi davamı, köklü, və əsaslı islahatıdır”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli institut əməkdaşlarının elmi fəaliyyətinin 2026-cı ilin birinci yarısına dair yeni bal sistemi əsasında hazırlanmış hesabatını təqdim edib. Qeyd edib ki, hesabat şöbələr üzrə fərdi hesabat blankı və qovluğu ilə datanın toplanması, həmin datanın analitik qrup tərəfindən yoxlanılması və balların təyini mərhələlərindən keçməklə hazırlanıb. 

Diqqətə çatdırıb ki, elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinin əsasını 4 istiqamət - akademik jurnallarda məqalə nəşri, kitab çapı, beynəlxalq və respublika səviyyəli elmi konfrans materialları, eləcə də elmin populyarlaşmasında iştirak təşkil edir.

Məruzəçinin sözlərinə görə, akademik jurnallarda məqalə çapı “Web of Science” və ya “Scopus” bazasında, digər beynəlxalq bazalarda (“Dergipark”, “Copernicus”, “ERIH Plus” və digər), “Google scholar”da indekslənən, yaxud indekslənməyən xarici jurnallarda və s. məqalə üçün qiymətləndirilib.

Kitab nəşri isə monoqrafiya, tərtib işi, broşür, məqalələr toplusu, tərcümə və s. üzrə dəyərləndirilib.

M.Həsənli vurğulayıb ki, elmi işçilərin beynəlxalq və respublika elmi konfranslarında məruzə materiallarına görə fəaliyyəti qiymətləndirilib.

Elmin populyarlaşmasında iştiraka gəldikdə isə, elmi, elmi-kütləvi tədbirlərdə çıxış, dövri qəzet, jurnal, elektron mediada məqalə nəşri, televiziya kanalları və radio verilişlərində çıxış, dissertasiya və jurnal məqalələrinə rəylər və s. kimi amillərin nəzərə alındığını bildirib.

Mehman Həsənli daha sonra qeyd olunan yeni bal sistemi əsasında Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi fəaliyyət göstəricilərini cədvəllər əsasında təqdim edib.

Qeyd edib ki, təqdim olunan yeni bal sistemi akademik İsa Həbibbəylinin təşəbbüsü və təklifləri əsasında hazırlanıb və ictimai müzakirələrdən sonra müvafiq dəyişiklərin aparılması da nəzərdə tutulur.

Hesabat dinlənildikdən sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, filologiya elmləri doktoru Hikmət Quliyev, texnika elmləri doktoru Hüseyn Hüseynov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya elmləri doktorları Yaşar Qasımov, Gülər Abdullabəyova, İslam Qəribli, Asif Rüstəmli, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli yeni bal sisteminin dünya təcrübəsi əsasında hazırlandığını bildirib. Qeyd edib ki, təklif olunan model 4 əsas bölmə üzrə hazırlanıb və onun alt meyarlarının hazırlanması da nəzərdə tutulub. AMEA rəhbəri vurğulayıb ki, yeni bal sistemi institutlara göndəriləcək və onların təklifləri İşçi və Ekspert qrupları tərəfindən yoxlanıldıqdan sonra yekun qərar veriləcək.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti tərəfindən elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsini təmin etmək məqsədilə İşçi və Ekspert qrupları yaradılıb, elmi müəssisələrin öz təkliflərini sentyabr ayına qədər təqdim etmələri tapşırılıb.

Daha sonra Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Türk Dünyası Həftəsi çərçivəsində keçiriləcək tədbirlərə AMEA-nın hazırlığının cari vəziyyəti müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, 29 iyun – 4 iyul tarixlərində keçiriləcək tədbirlərdə Türk dünyasının görkəmli simaları, elm xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak edəcək. Bu tədbirlər çərçivəsində Birinci Türkoloji Qurultayın keçirildiyi AMEA-nın Rəyasət Heyətinin binasında da “Türk dünyası və beynəlxalq əlaqələr”, “Rəqəmsal türkologiya”, “Türkoloji sənətşünaslıq” və “Türkoloji folklorşünaslıq” mövzularında panel müzakirələrin təşkil olunacağını diqqətə çatdırıb. 

Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir”, - sözlərini xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının həm Azərbaycanı türkologiya elminin mərkəzlərindən birinə çevirdiyini, həm də 100 il əvvəl keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsinə ehtiramın real ifadəsi olduğunu deyib.

Akademik İsa Həbibbəyli AMEA-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə Türk Dünyası Həftəsi çərçivəsində keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri