Icma.az
close
up
RU
AMEA rəhbəri: Fundamental elmi ənənələrimizi qorumaqla akademiya yeniləşməlidir AZƏRTAC

AMEA rəhbəri: Fundamental elmi ənənələrimizi qorumaqla akademiya yeniləşməlidir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 noyabr, AZƏRTAC

2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tamam olur. Hazırda AMEA-nın 80 illik yubileyi ilə bağlı hazırlıq işləri davam edir, bu çərçivədə bir sıra kitablar nəşr ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması üzrə işçi qrupunun iclasında deyib.

Akademik İsa Həbibbəyli akademiyanın, eləcə də Azərbaycan alimlərinin ötən müddət ərzində bir çox uğurlara imza atdığını bildirib. O, akademiyanın istər sovet dövründə, istərsə də müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyeivn diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

2022-ci ildən etibarən yeniləşən akademiyanin qurulması istiqamətində mühüm islahatlara başlanıldığını bildirən AMEA rəhbəri Elektron akademiyaşöbəsinin yaradıldığını, AMEA-nın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara - Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) səsvermə hüququna malik üzvü seçildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına da üzv qəbul edildiyini deyib. Həmçinin AMEA-nın bir sıra institutlarında Asiya ölkələri, xüsusilə Çinlə elmi əlaqələrin genişləndirilməsi məqsədilə yeni şöbələrin yaradıldığını, əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə elmi qarşısında qoyduğu vəzifələrdən, müstəqil Azərbaycan dövlətinin maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına 40-dan çox yeni strukturun yaradıldığını bildirib.

Bu gün müzakirəsi keçirilən “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyasi və yol xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən geniş yeniləşmə islahatlarının tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və Elmlər Akademiyasının gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.

“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda, bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni yol xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri