AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib Xəbər saytı Son xəbərlər və Hadisələr
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə president.az məlumat yayıb. Sərəncamla AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.
Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
![see](https://icma.az/template/assets/see.png)