AMEAnın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, institut və təşkilatlarının rəhbərləri, gənc alimləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 Dekabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















