Icma.az
close
up
RU
Elmi məqalənin dəyərini təkcə indekslənmə göstəricisi ilə ölçmək olmaz

Elmi məqalənin dəyərini təkcə indekslənmə göstəricisi ilə ölçmək olmaz

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar elm xadimi, professor Arif Səlimov: Alim üçün əsas məqsəd məqalə çap etdirmək deyil, elmə yeni töhfə vermək olmalıdır.

Müasir elmi mühitdə beynəlxalq jurnallarda məqalə dərc etdirmək alimlərin akademik fəaliyyətinin mühüm göstəricilərindən birinə çevrilib. Beynəlxalq elmi jurnallarda nəşr olunmaq tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Lakin bir sıra hallarda indeks göstəriciləri elmi keyfiyyətin əsas meyarı kimi təqdim olunur. Halbuki məqalənin hansı nəşriyyatda çap olunması, jurnalın redaksiya siyasəti, rəyçilik mexanizmi və müəlliflik etikası da ciddi əhəmiyyət daşıyır.

Son dövrlərdə MDPI nəşriyyatının jurnallarında Azərbaycandan təqdim edilən məqalələrin sayının kəskin artması bu mövzuda müzakirələri aktuallaşdırıb. Məsələnin mahiyyətini, beynəlxalq elmi nəşrlərin qiymətləndirilməsi və Azərbaycan elminin nüfuzu ilə bağlı problemləri Əməkdar elm xadimi, professor Arif Səlimovla müzakirə etdik.

– Arif müəllim, beynəlxalq elmi jurnallarda məqalə çap etdirmək istəyinin artmasını necə qiymətləndirirsiniz?

– Elmin qloballaşması, tədqiqat nəticələrinin dünya elmi ictimaiyyətinə çatdırılması müsbət prosesdir. Azərbaycan alimlərinin beynəlxalq nəşrlərdə təmsil olunması da vacibdir. Ancaq burada məqsəd düzgün müəyyənləşdirilməlidir. Alim üçün əsas məqsəd hər indeksli jurnalda adının görünməsi və nəşrlərinin sayını artırmaq deyil, elmə yeni töhfə vermək olmalıdır. Məqalənin dəyəri onun hansı problemi araşdırması, hansı yeniliyi ortaya qoyması və elmi ictimaiyyətə nə verməsi ilə ölçülür.

– Yüksək beynəlxalq bazalarda indekslənmə məqalənin yüksək elmi keyfiyyətinin təminatı sayıla bilərmi?

– İndekslənmənin əhəmiyyətini inkar etmək olmaz. Lakin bunu konkret məqalənin yüksək elmi səviyyəsinin mütləq sübutu kimi qəbul etmək düzgün deyil. Q1 göstəricisi jurnalın müvafiq elmi kateqoriyada mövqeyini ifadə edir, amma orada çap olunan bütün məqalələrin yüksək səviyyədə olduğunu göstərmir. Məqalənin elmi yeniliyi, metodologiyası, nəticələrinin etibarlılığı və müəllifin real töhfəsi ayrıca qiymətləndirilməlidir.

– MDPI nəşriyyatı haqqında nə deyərdiniz? Bu nəşriyyatın jurnalları ətrafında müxtəlif fikirlər səslənir. Sizin münasibətiniz necədir?

– MDPI (Multidisciplinary Digital Publishing Institute) İsveçrədə fəaliyyət göstərən, açıq elmi nəşriyyat modelinə əsaslanan beynəlxalq akademik nəşriyyat şirkətidir. Nəşriyyat müxtəlif elm sahələrini əhatə edən elmi jurnallar, tədqiqat məqalələri, icmal yazıları və xüsusi tematik buraxılışlar dərc edir. MDPI haqqında obyektiv danışmaq lazımdır. 2025-ci il üzrə hesabatına əsasən, bu nəşriyyatın jurnal portfelində 500 jurnal olub. Onlardan 355-i Scopus, 329-u isə Web of Science bazalarında indekslənib. Bu göstəricilər MDPI-nin beynəlxalq elmi nəşriyyat bazarında böyük paya malik olduğunu göstərir. Amma bütün jurnalları eyni meyarla qiymətləndirmək doğru olmazdı. Bununla belə, nəşr siyasəti, rəyçilik prosesinin keyfiyyəti, məqalələrin qəbul müddəti və kommersiya maraqlarının redaksiya qərarlarına təsiri diqqətlə araşdırılmalıdır. Əsas narahatlıq elmi nəşrin bəzi hallarda kommersiya xidmətinə çevrilməsi ehtimalıdır. 

– Bəzi MDPI jurnallarında məqalə nəşri üçün 2500–3000 dollar civarında ödəniş tələb olunduğu bildirilir. Ödənişli nəşr modelini necə qiymətləndirirsiniz?

– MDPI-nin əsas xüsusiyyətlərindən biri onun açıq giriş modelində olmasıdir. Bu modelə görə, nəşr olunan elmi məqalələr oxucular üçün ödənişsiz və əlçatan olur. Nəşriyyatın gəlirləri isə əsasən məqalələrin dərc olunması üçün müəlliflərdən və ya onların təmsil etdiyi elmi müəssisələrdən alınan nəşr haqları hesabına formalaşır. Bu ödənişlər beynəlxalq akademik ədəbiyyatda məqalənin nəşrə hazırlanması və dərc edilməsi haqqı adlandırılır. Açıq giriş modelində nəşr xərclərinin müəllif və ya onun təmsil etdiyi qurum tərəfindən ödənilməsi beynəlxalq təcrübədə mövcuddur. Bu, özlüyündə etik pozuntu deyil. Əsas məsələ ödənişin məqalənin qəbuluna təsir göstərməməsidir. Məqalə yalnız elmi yeniliyinə, metodoloji əsaslandırılmasına və müstəqil ekspert qiymətləndirməsinə görə qəbul edilməlidir. Ödəniş elmi keyfiyyətin əvəzi ola bilməz.

– Məqalələrdə həmmüəlliflərin sayının süni artırılması da müzakirə olunan məsələlərdəndir. Bu barədə nə deyə bilərsiniz?

– Həmmüəlliflik elmi əməkdaşlığın təbii nəticəsidir. Xüsusilə eksperimental elmlərdə kollektiv tədqiqatlar geniş yayılıb. Lakin hər bir müəllifin tədqiqata real töhfəsi olmalıdır. Məqalənin hazırlanmasında iştirak etməyən şəxsin adının müəllif kimi göstərilməsi akademik etikaya ziddir. Əgər müəlliflərin sayı yalnız nəşr xərclərini bölüşdürmək və ya akademik göstəriciləri artırmaq məqsədilə çoxaldılırsa, bu, elmi əməkdaşlığın mahiyyətini təhrif edir. Bəzən belə neqativ hal ilə də qarşılaşırıq: Həmmüəliflər ödəniş imkanları geniş olan ölkələrdən seçilir.

– Azərbaycan alimlərinin MDPI jurnallarında nəşr olunan məqalələrinin sayının artmasını ölkəmizin elmi potensialının yüksəlməsi kimi qiymətləndirmək olarmı?

– Nəşrlərin sayının artması elmi fəallığın müəyyən göstəricisidir. Lakin bunu birbaşa elmi potensialın yüksəlməsi hesab etmək olmaz. Əsas məsələ məqalələrin hansı yeni elmi nəticələr ortaya qoyması, beynəlxalq elmi müzakirələrə nə verməsi və Azərbaycan elminin nüfuzuna necə təsir göstərməsidir. Bir neçə sanballı tədqiqat bəzən onlarla formal nəşrdən daha böyük əhəmiyyət daşıya bilər.

– Universitetlər və elmi-tədqiqat institutları bu məsələdə hansı mövqedən çıxış etməlidirlər?

– Elmi qurumlar beynəlxalq nəşrlərdə iştirakın stimullaşdırılması ilə yanaşı, elmi keyfiyyətə də ciddi diqqət yetirməlidirlər. Qiymətləndirmə yalnız ödənişli məqalələrin sayına və indeks göstəricilərinə əsaslanmamalıdır. Jurnalın reputasiyası, redaksiya heyəti, rəyçilik mexanizmi, məqalənin elmi məzmunu və müəllifin real töhfəsi nəzərə alınmalıdır. Gənc tədqiqatçılara nəşr etikası və düzgün jurnal seçimi barədə də maarifləndirici məlumatlar verilməlidir.

– Bəs alim məqaləsini xarici jurnala göndərməzdən əvvəl nələri yoxlamalıdır?

– İlk növbədə, jurnalın beynəlxalq bazalarında indekslənmə statusu rəsmi mənbələrdən yoxlanılmalıdır. Redaksiya heyətinin tərkibi, rəyçilik qaydaları, nəşr xərcləri, müəlliflik hüquqları və jurnalın elmi reputasiyası araşdırılmalıdır. Yalnız yüksək göstəricisinə və qısa nəşr müddətinə əsaslanaraq jurnal seçmək düzgün deyil. Tam ödənişsiz və hibrid olan ineksli jurnallar seçilməlidir. Alim bu məsələdə məsuliyyətli davranmalıdır.

– Sonda Azərbaycan elminin beynəlxalq nüfuzunun qorunması ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Azərbaycan elminin dünya miqyasında tanınması üçün beynəlxalq əməkdaşlıq və nüfuzlu indeksli nəşrlərdə iştirak vacibdir. Ancaq bu proses formal göstəricilərin artırılması ilə məhdudlaşmamalıdır. Elmdə ən mühüm prinsip dürüstlükdür. Alimin nüfuzu çap etdirdiyi məqalələrin sayı ilə deyil, yaratdığı elmi dəyərlərlə ölçülməlidir. Əsas məqsəd indeks toplamaq deyil, yeni bilik yaratmaq, elmi problemlərə əsaslandırılmış cavab tapmaq və ölkəmizin elmi potensialını layiqincə təmsil etməkdir.

Müsahibəni apardı: 

Namiq Qədimoğlu

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri