AMEAnın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ixtiralarına görə patent alıblar AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları - Yusif Şükürlü, Fərhad Əzizov və Vəfa Atayeva ixtiralarına görə patent alıblar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlara “Təbii əsaslı biokompozitin alınması” adlı ixtiraya görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib.
İxtira məlum texnoloji üsullarla, iqtisadi baxımdan səmərəli, ekologiyaya və bitkilərə zərər vermədən, vegetasiya dövrünü başa vurmuş tünd qırmızı payız yarpaqlarından antosianinlərlə zəngin bioekstraktın əldə oluması üçün istifadə edilə bilər. Bu ixtira ipək fibroinin məhlulu ilə modifikasiyadan prototiplərdə və analoqlarda qeyd olunan xassələrdən fərqli və üstün keyfiyyətə malik çoxfunksiyalı və yüksək bioaktivliyə malik təbii əsaslı biokompozitin əldə edilməsinə aiddir.
İpək fibroinin materiallarının xüsusiyyətlərini özündə saxlamaqla əlavə antioksidant, antifunqal, antikanserogen, antibakterial, antiinflamator kimi bioaktiv xassələri özündə cəmləşdirən ekoloji təmiz biokompozit biotibbi məmulatların materialının əldə olunması və tətbiq sahələrini əhatə edir.
Prosesin sonundakı tullantılar sərbəst şəkildə təbiətə atıla bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















