Icma.az
close
up
RU
AMEAnın prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib AZƏRTAC

AMEAnın prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında illik hesabat iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, vitse-prezident akademik İradə Hüseynova, akademik-katib akademik Arif Həşimov, elmi ictimaiyyətin nümayəndələri və Elmi Mərkəzin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzüblər.

Sonra Regional Elmi Mərkəzin əməkdaşı olmuş 44 günlük Vətən müharibəsinin şəhidi Mahsun Bağırzadənin xatirəsinə qurumun inzibati binasında açılmış guşəyə baxılıb, şəhidin barelyefi önünə tər güllər qoyulub.

Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışları işığında yeniləşən Akademiyada aparılan islahatlardan ətraflı söz açan AMEA rəhbəri son iki il ərzində həyata keçirilmiş tədbirlər barədə danışıb. Bu dövrdə Akademiyada start götürmüş elektron hərəkatın uğurla davam etdirildiyini, daxili imkanlar hesabına prioritet istiqamətləri əhatə edən bir sıra yeni şöbələrin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hazırda ölkənin inkişaf strategiyası, bəşəri dəyərlər, ölkə reallıqları və müasir dövrün qlobal çağırışlarına uyğun olaraq AMEA-nın yeni inkişaf konsepsiyası və yol xəritəsinin hazırlandığını vurğulayıb. Lənkəran Regional Elmi Mərkəzində bir sıra elmi istiqamətlər üzrə qısa müddətdə uğurlu nəticələrin əldə olunduğunu bildirən Akademiya rəhbəri prioritet sahələrə aid tədqiqatların əhəmiyyətini diqqətə çatdırıb.

Sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Elmi Mərkəzin 2024-cü il üzrə illik hesabatını təqdim edib. Elmi qurum tərəfindən il ərzində müxtəlif elm sahələri üzrə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr, çap olunmuş əsərlər, elmi məqalələr barədə geniş söz açan Mərkəzin direktoru Mehman Əliyev hesabat məruzəsində rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin təşkilatçılığı ilə keçirilmiş elmi konfrans və sessiyalar, sərgilər, kitab təqdimatları, əlamətdar günlər və yubileylərlə bağlı təşkil olunmuş tədbirlər barədə də ətraflı məlumat verib.

Daha sonra məruzə ətrafında çıxışlar olub, geniş müzakirə aparılıb.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, akademik-katib akademik Arif Həşimov çıxış edərək təqdim edilmiş hesabat barədə fikirlərini bildirib, Elmi Mərkəzdə il ərzində aparılan işləri yüksək qiymətləndiriblər.

Məruzə ətrafında mərkəzin əməkdaşlarından Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov, baş kitabxanaçı Fəranə Mikayılova, Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə, Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, eləcə də yazıçı-publisist Etibar Əhədov çıxış edərək rəy və mülahizələrini bölüşüblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək təqdim olunan hesabatda Regional Mərkəzin il ərzində səmərəli fəaliyyətinin dolğun əks olunduğunu qeyd edib, qurumun yeniləşmə mərhələsində atdığı addımları yüksək qiymətləndirib. AMEA rəhbəri bölgənin ədəbi mühiti, folkloru, tarixi, arxeologiyası, etnoqrafiyasının daha dərindən öyrənilməsi üçün Lənkəran Regional Elmi Mərkəzində Tarix və ədəbiyyat şöbəsinin bazasında daxili imkanlar hesabına “Ədəbiyyat və azsaylı xalqların folkloru”, həmçinin “Tarix, etnologiya və arxeologiya” adlı iki yeni şöbənin yaradılması haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə təklif verilməsini məqsədəuyğun hesab edib. 2025-ci ildən isə Lənkəran REM-in “Elmi əsərlər” jurnalının təsis edilməsinin vacibliyini bildirən akademik İsa Həbibbəyli uzunömürlülük və herontologiya üzrə tədqiqatların daha da artırılması, numizmatika, epiqrafika və bölgənin özünəməxsus xüsusiyyətləri ilə seçilən bir sıra elmi istiqamətlər üzrə araşdırmaların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, elektron hərəkat, dissertasiya mövzuları, monoqrafik əsərlərin nəşri və s. barədə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb, gənc alimlərə diqqət və qayğının artırılmasının vacibliyini bildirib.

Sonda akademik İsa Həbibbəylinin tapşırığı ilə ötən il Elmi Mərkəzdə ilk dəfə yaradılmış kitabxanaya Akademiya rəhbərliyi tərəfindən 100 adda kitab hədiyyə edilib.

Tədbirdən sonra AMEA rəhbərliyi Lənkəran Regional Elmi Mərkəzinin çay və sitrus bitkiləri üzrə təcrübə sahəsinə baxıb, burada aparılan laborator tədqiqatlar və iş şəraiti ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri