Icma.az
close
up
RU
Amerika İran qarşıdurması: Azərbaycana necə təsir edəcək?(ŞƏRH)

Amerika İran qarşıdurması: Azərbaycana necə təsir edəcək?(ŞƏRH)

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda hər hansı bir müdaxilə ilə bağlı konkret mövqe səsləndirilmir və bu məsələdə ziddiyyətli yanaşmalar mövcuddur. Bununla belə, qonşu ölkədə, xüsusilə də 30 milyondan artıq soydaşımızın yaşadığı bir dövlətdə baş verən hadisələr hər kəsi ciddi şəkildə narahat edir. Müxtəlif mənbələrin açıqladığı rəqəmlər itkilərin çoxluğunu və repressiyaların amansız xarakter daşıdığını göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib. 
O bildirib ki, xüsusilə İranın proksi qüvvələrinin, o cümlədən xarici silahlı qrupların – Hizbullah, Zeynəbiyyun və digər terror təşkilatları kimi tanınan strukturların etirazların yatırılmasına cəlb edilməsi ilə bağlı iddialar ciddi narahatlıq doğurur:
"Bu barədə yayılan video görüntülər də mövcuddur. İtkilərin 3000 nəfərdən çox olması doğrudursa, bu artıq faktiki olaraq qətliam deməkdir.
Bu baxımdan baş verənlərin, repressiv metodların dayandırılmasına və problemlərin dialoq yolu ilə həllinə ciddi ehtiyac var. Lakin mövcud şəraitdə dini-ideoloji rejimin ritorikası və davranışları bunun mümkün olmayacağını göstərir".
Politoloqun sözlərinə görə, İran geniş coğrafiyaya malik dövlətdir və hər hansı mümkün müdaxilə, yalnız hərbi obyektlərə, xüsusilə SEPAH-a məxsus konkret təsisatlara yönəlmiş əməliyyatlar formasında baş verə bilər:
"Bununla belə, İranın coğrafi xüsusiyyətləri belə ssenariləri real etmir və bu cür addımlar daha çox daxili miqrasiya riskini artırar. Bütün ehtimallar ehtiyatla nəzərdən keçirilir. Biz qonşu ölkədə sabitliyin bərqərar olmasını, insan hüquq və azadlıqlarına hörmət edilməsini və repressiyalara son qoyulmasını arzulayırıq. Lakin proseslər əks istiqamətdə davam edərsə, Azərbaycan dövlətinin öz təhlükəsizliyini təmin etmək gücündə olduğu şübhə doğurmur və bunun əksini göstərən hər hansı bir amil mövcud deyil".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri