Icma.az
close
up
RU
Amerika niyə Qrenlandiyanı almaq istəyirdi: Tarixin maraqlı səhifəsi

Amerika niyə Qrenlandiyanı almaq istəyirdi: Tarixin maraqlı səhifəsi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ tarix boyu strateji və təbii sərvətlərlə zəngin əraziləri əldə etməyə maraq göstərib. 

Alyaskanı Rusiyadan alması bu siyasətin ən uğurlu nümunələrindən biri olsa da, eyni şeyi Qrenlandiya üçün etmək mümkün olmadı. 19-cu əsrdə və sonrakı dövrlərdə ABŞ Qrenlandiyanı almaq üçün bir neçə dəfə cəhd etdi. Lakin bu cəhdlər müxtəlif səbəblərdən uğursuzluğa düçar oldu. 

Bəs Amerika niyə Qrenlandiyanı almaq istəyirdi? Bu proses hansı tarixi hadisələrlə bağlı idi? 

Gəlin, birlikdə bu maraqlı tarixi hadisəyə nəzər salaq. 

ABŞ-nin dövlət katibi Uilyam Syuard Alyaskanı aldıqdan sonra Qrenlandiyanı da almağa çalışıb. 1867-ci ildə ABŞ-də vətəndaş müharibəsi bitdikdən cəmi iki il sonra Syuard Rusiya ilə 7,2 milyon dollarlıq müqavilə bağlayaraq Alyaskanı aldı. O dövrdə bir çox amerikalı qəzetlər bu anlaşmaya istehza ilə yanaşır və bunun ölkənin çətin dönəmində buz parçasına milyonlar xərcləmək olduğunu yazırdılar. 

Lakin Syuard bununla kifayətlənmədi və eyni strategiyanı Qrenlandiya üçün də tətbiq etmək istədi. 19-cu əsrin ortalarında Qrenlandiya Amerika üçün demək olar ki, naməlum bir ərazi idi. Buna görə də Syuard bu bölgə haqqında daha çox məlumat toplamaq üçün araşdırmalar aparılmasını tələb etdi və topladığı faktları ictimaiyyətə təqdim etməyi planlaşdırdı. 

O, Alyaskada olduğu kimi, Qrenlandiyanın da zəngin təbii sərvətlərə malik olduğunu iddia edirdi. U.Syuard Qrenlandiyanı saysız-hesabsız balinaların, suitilərin, treska və qızılbalıqların, canavarların, tülkülərin və müxtəlif quşların yaşadığı böyük bir ada kimi təsvir edirdi. 

O, həmçinin Qrenlandiyanın qərb sahillərində zəngin kömür yataqlarının olduğunu və onları minimal xərclə asanlıqla çıxarmağın mümkün olduğunu vurğulayırdı.

Buna baxmayaraq, Syuardın bu cəhdi uğursuz oldu. O dövrdə həm Syuard, həm də ozamankı prezident Endryu Conson Alyaskanın alınmasına görə mətbuatın tənqid hədəfinə çevrilmişdi. Alyaska “Syuardın dəliliyi”, “Syuardın soyuducusu” və “Endryu Consonun ağ ayılar zooparkı” kimi ələ salınırdı. 

Eyni zamanda, ABŞ Konqresi daha çox “buzlu torpaq” almağa maraq göstərmirdi. 

1910-cu ildə Qrenlandiya məsələsi yenidən gündəmə gəldi. O zaman ABŞ-nin Danimarkadakı səfiri Moris Egan Dövlət Departamentinə yazdığı məktubda Qrenlandiyanı əldə etmək üçün üç mərhələdən ibarət bir plan təklif etdi. Plana görə, ABŞ əvvəlcə Qrenlandiyanı alacaq, daha sonra Danimarka ABŞ-yə məxsus Filippin adalarını əldə edəcək və sonda Danimarka Filippinləri 1864-cü ildə Prussiya və onun müttəfiqləri tərəfindən işğal edilən Şlezviq-Holşteyn bölgəsinə dəyişəcəkdi. 

Lakin ABŞ bu planı həyata keçirmək üçün heç bir addım atmadı. Əvəzində 1917-ci ildə Danimarkadan 25 milyon dollara Vircin adalarını satın aldı. 1941-ci ildə Almaniya Danimarkanı işğal etdikdə, ABŞ tərəddüdsüz müdaxilə etdi və Qrenlandiyanı nəzarət altına aldı. Müttəfiqlər müharibə zamanı bu böyük adadan strateji bir baza kimi istifadə etdilər. 

Təxminən 10 min hərbi təyyarə burada yanacaq dolduraraq Almaniya şəhərlərinə hava hücumlarını davam etdirdi. Müharibənin sonunda Qrenlandiya Atlantik okeanında strateji mövqeyə sahib oldu. Buna görə də 1946-cı ildə ABŞ adanı satın almaq üçün Danimarkaya 100 milyon dollar dəyərində qızıl təklif etdi. 

Lakin bu təklif Danimarkada böyük narazılıq yaratdı və ölkə rəsmiləri Qrenlandiyanın satılmadığını bəyan etdilər. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri