“Amerika qırğısı”ndan sensasiya: Putin ABŞ və NATO ya qalib gəldi!
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin keçmiş prezident Co Bayden və Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlara getməmək, bunun əvəzinə ABŞ-ın yeni administrasiyasının rəhbəri Donald Trampın mümkün gəlişini və onunla danışıqlara qədər gözləmək strategiyası ilə ABŞ, NATO və Ukraynaya qalib gəldi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, “Amerika qırğısı” ləqəbli ilə tanınan Con Bolton Tramp-Putin telefon danışığı haqda qeyd edib.
“Bu həftə Putin ABŞ, NATO və Ukrayna üzərində böyük qələbə qazandı və buna görə də o, Bayden və ya Zelenski ilə danışıqlar aparmadı. O, Trampla danışıqları gözlədi, çünki Kremlin Trampla razılaşmadan daha çox fayda əldə edəcəyinə inanırdı. Və o, tamamilə haqlı idi", - Bolton bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Fevral 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















