Icma.az
close
up
RU
Amerika qitəsinin tarixini yenidən yazan kəşf: İlk insanlar Yaponiyadanmı gəlib?

Amerika qitəsinin tarixini yenidən yazan kəşf: İlk insanlar Yaponiyadanmı gəlib?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Amerika qitəsinə ilk gələn insanların kimlər olduğu, buraya nə zaman və hansı yollarla çatdıqları arxeologiya və genetika elmlərində uzun illərdir müzakirə mövzusudur. İndiyədək tədqiqatçılar, Nyu-Meksikodakı qədim ayaq izləri kimi məhdud sayda dəlillərə əsaslanaraq bu mövzuda fərziyyələr irəli sürürdülər.

Qaynarinfo xəbər verir ki, əvvəllər Şimali Amerikada geniş yayılmış ilk insan mədəniyyətinin təxminən 13 min il əvvəl meydana çıxan Clovis mədəniyyəti ilə başladığı düşünülürdü. Lakin "Science Advances" jurnalında dərc olunan yeni araşdırma bu təsəvvürü dəyişdirir. ABŞ-ın on müxtəlif bölgəsindən tapılan daş alətlərin təhlili göstərir ki, Amerika qitəsinə ilk insanlar təxminən 20 min il əvvəl Yaponiyanın Hokkaydo adasından gəlmiş ola bilər.

Berinq boğazı deyil, Sakit okean marşrutu

Araşdırmaya əsasən, ABŞ ərazisində 13–20 min il əvvələ aid insan məskənlərinə dair dəlillər təqdim edən ən azı 10 yer mövcuddur. Virciniya, Aydaho, Pensilvaniya və Texasda aşkar edilən daş alətlər, Clovis mədəniyyətindən əvvəl mövcud olmuş və \Amerika Üst Paleoliti adlandırılan texnoloji ənənənin izlərini daşıyır.

Bu alətlərin mənşəyini müəyyən etmək üçün tədqiqatçılar əvvəlki genetik nəticələrə əsaslanıblar. Həmin nəticələr göstərir ki, ilk amerikalılar təxminən 25 min il əvvəl Şimal-Şərqi Asiyada yaşamış bir əhali qrupundan törəmişdir. Hokkaydo adasında tapılan Paleolit dövrünə aid ov alətləri – xüsusilə ikitərəfli daş bıçaqlar (biface) – ABŞ-da tapılan eyni dövr alətləri ilə texnoloji cəhətdən demək olar ki, eyni quruluşa malikdir.

Araşdırmanın müəllifi Loren Devis bildirib ki, bu kəşf Amerika qitəsində insanlığın başlanğıc tarixi haqqında anlayışları tamamilə dəyişdirir:

"Bu nəticələr göstərir ki, ilk amerikalılar mədəni baxımdan təcrid olunmuş deyildilər. Onlar Avrasiya və Asiyanın eyni Paleolit ənənələrinin daşıyıcıları idilər".

Yeni göç nəzəriyyəsi

Mütəxəssislər qeyd edirlər ki, Şimali Kanada və Alyaskanın ən şimal bölgələrində bu cür Paleolit alətlərinə rast gəlinməməsi, insanların donmuş Berinq boğazından deyil, onun cənubundakı sahil xətti boyunca irəlilədiyini göstərir.

Tapıntıların hamısının buzla örtülü ərazidən cənubda yerləşməsi, yeni bir nəzəriyyənin formalaşmasına səbəb olub: qədim Asiya mənşəli insanlar yəqin ki, Hokkaydodan çıxaraq Berinqin sahilləri boyunca mərhələli şəkildə irəliləyiblər və dəniz yolu ilə Sakit okean sahilini izləyərək Şimali Amerikaya çatıblar.

Tədqiqatçılar yazır:

"Biz hesab edirik ki, açıq okeanda hərəkət etməyi bacaran ilk dənizçilər, Sakit okeanın sahilləri boyunca üzərək Amerikaya doğru hərəkət ediblər".

Bu tapıntılar yalnız ilk amerikalıların haradan gəldiyini deyil, həm də onların hansı texnologiya və ideyaları özləri ilə gətirdiyini göstərir. Bu isə insan tarixində köç, yenilik və mədəni paylaşımın daima bir-biri ilə sıx bağlı olduğunu sübut edən mühüm elmi dəlil kimi qiymətləndirilir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri