Icma.az
close
up
RU
“Çində tapılan milyon illik kəşf: insan tarixini yenidən yazan kəllə“ BBC

“Çində tapılan milyon illik kəşf: insan tarixini yenidən yazan kəllə“ BBC

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Yeni araşdırma "homo sapiens"in yaranma tarixini yarım milyon il geri çəkir..."

Çinli arxeoloqlar Hubey əyalətində insan kəlləsi aşkarlayıb. Onun yaşı təxminən 1 milyon il olaraq müəyyənləşdirilib və bu tapıntı elm dünyasında əsl sensasiyaya səbəb olub. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Araşdırmanın nəticələrinə görə, kəllə müasir insanın formalaşmasının əvvəllər hesab olunandan ən azı yarım milyon il əvvəl baş verdiyini göstərir. Bundan başqa, nəticələr "homo sapiens"in ("ağıllı adam") neandertallarla daha uzun müddət yanaşı yaşadığını sübut edir.

Elm dünyasını sarsıdan nəticələr

Nəticələr nüfuzlu "Science" jurnalında dərc edilib və beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Layihədə Çinin Fudan Universitetinin və Böyük Britaniyanın Təbiət Tarixi Muzeyinin mütəxəssisləri iştirak edib. Tədqiqat qrupunun rəhbəri professor Sitszyun Ni qeyd edib ki, ilk nəticələr o qədər heyrətamiz görünüb ki, alimlər dəfələrlə yoxlama aparmalı olub.

"Yunşyan-2" kəşfi və "Homo longi" nəzəriyyəsi

Başlanğıcda tapıntı "homo erectus"a - təxminən 1 milyon il əvvəl yaşayan və nisbətən böyük beyin həcminə malik qədim insanlara aid edilib. Lakin 3D skanlama, kompüter modelləşdirməsi və genetik təhlil göstərib ki, bu kəllə "homo longi" adlanan, neandertallarla və ilkin "homo sapiens"lə paralel inkişaf etmiş başqa bir növə məxsusdur.

Bu nəticə böyük beyinli insan qruplarının təkamül tarixini ən azı 500 min il geri aparır. Böyük Britaniyadan professor Kris Stringer bildirir ki, bu fakt Yer üzünün müxtəlif bölgələrində təxminən 1 milyon il yaşı olan "homo sapiens" qalıqlarının aşkarlanmasının mümkünlüyünə işarə edir.

Alimlər arasında müzakirələr

Məsələ hələ də elmi mübahisələr doğurur. Kembric Universitetindən təkamül genetikçisi Ailuin Skali nəticələri inandırıcı saysa da, ehtiyatlı yanaşmağı tövsiyə edir. O, belə qədim qalıqların dəqiq tarixləndirilməsinin hər zaman böyük qeyri-müəyyənlik daşıdığını vurğulayır: hətta ən dəqiq genetik təhlillər belə, müxtəlif növlərin 100 min ildən az fərqlə yanaşı yaşayıb-yaşamadığını tam müəyyən edə bilmir.

Asiya ssenarisi və paralel xətlər

İndiyədək "homo sapiens"in ən qədim izləri Afrikadan tapılıb və onların yaşı təqribən 300 min il olaraq göstərilir. Lakin Çin kəlləsi yeni ehtimallar yaradır: ola bilsin ki, insanın təkamülü Asiyada daha əvvəl başlayıb. Bu arada Avropa və Afrikada da 1 milyon il yaşı olan qalıqlar mövcuddur, lakin onların təhlili hələ tam başa çatmayıb.

Tədqiqat göstərir ki, təxminən 800 min il əvvəl Yer üzündə eyni anda üç əsas insan qolu yaşayıb: "homo longi", neandertallar və "homo sapiens". Onların bir-biri ilə təmasda olması, qarşılıqlı münasibətlər qurması və hətta genetik qarışıqlıq yaratması ehtimal edilir.

Tarixin yenidən qurulması

Tapıntının "Yunşyan-2" adlandırılan hissələri əvvəlcə çox zədələnmiş olduğundan yanlış təsnif edilib. Professor Ninin komandası 3D modelləşdirmə ilə kəllənin ilkin formasını bərpa edərək, onun əslində daha inkişaf etmiş bir qrupa aid olduğunu üzə çıxarıb.

Beləliklə, "Yunşyan-2" kəşfi insan təkamülünün öyrənilməsində dönüş nöqtəsi ola bilər. Bu tapıntı əvvəllər müəyyən növə aid etmək çətin olan bir çox qalıqların mənşəyini izah edir və bütün bəşər tarixinin inkişaf sxemini yenidən nəzərdən keçirməyə imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Sentyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri