Amerikada azərbaycanlı gənc itib: Polis axtarış aparır Foto
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ-də yaşayan azərbaycanlı gəncin itkin düşməsi ilə bağlı narahatlıq doğuran məlumat yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikada fəaliyyət göstərən azərbaycanlı aparıcı Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ömər Bayramzadə Yaşar oğlu təxminən 3 həftə əvvəl Kolumbus şəhərində yaşadığı evdən çıxıb və həmin vaxtdan etibarən ailəsi onunla əlaqə saxlaya bilmir.
Bildirilib ki, hadisə ilə bağlı artıq polisə məlumat verilib və axtarış tədbirləri davam etdirilir.
Aparıcı ictimaiyyətə müraciət edərək qeyd edib ki, gənci görən və ya onun harada olması ilə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 614 972 2860 (Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 23 Mart 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















