Kvaratsxeliya 6 aydan sonra yaşıl meydanlara qayıdacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən ən azı altı ay futbol oynaya bilməyəcək.
AZƏRTAC xəbər verir ki, futbolçu bərpa prosesinin yaxşı getdiyini və hazırda ehtiyatla məşq etdiyini bildirib.
Kvaratsxeliya yaşıl meydanlardan kənarda qalacağı müddətdə fransız dilini daha yaxşı öyrənməyi və striminq fəaliyyətinə başlamağı planlaşdırır.
“Bərpa prosesim yaxşı gedir, ehtiyatla məşq edirəm. Növbəti altı ay ərzində oynamayacağam. Buna görə də bu müddətdən fransız dilini daha dərindən öyrənmək üçün istifadə edəcəyəm. Həmçinin strimer olacağam, məni burada görəcəksiniz”, – deyə futbolçu bildirib.
Baxış sayı:50
Bu xəbər 16 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















