Amerikada qəzaya düşüb öldü
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Krec" qurucusu Artem Brovkov (Fuze) faciəli şəkildə dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial mediada yazıb. Onun sözlərinə görə, 46 yaşlı Artem ABŞ-də avtomobil qəzasına düşdükdən sonra həlak olub.
"Artem artıq yoxdur. Bir neçə saat əvvəl o, dəhşətli qəzaya düşdü. Həkimlər əllərindən gələni etdilər, amma onu xilas edə bilmədilər. Onu çox sevirəm..." deyə, xanımı yazıb.
Qeyd edək ki, Artem sözügedən qrupu 2001-ci ildə Sankt-Peterburqda təsis edib. Krecin ən məşhur mahnılarından biri "Tenderness"dir.
Ukraynaya qarşı başladılan hərbi əməliyyatlardan sonra 2025-ci ildə Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reystrinə daxil edilən A.Brovkov Rusiyanı tərk edərək ABŞ-yə köçüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















