Icma.az
close
up
RU
AMERİKADA XRİSTİAN YƏHUDİ QARŞIDURMASI FBİ şefi “Sionistlər gözətçi köpəklər kimi amerikalıları nəzarətdə saxlayırlar” deyir

AMERİKADA XRİSTİAN YƏHUDİ QARŞIDURMASI FBİ şefi “Sionistlər gözətçi köpəklər kimi amerikalıları nəzarətdə saxlayırlar” deyir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İsrailin apardığı Qəzza savaşı bütün dünyanı dəyişir. Sionist yəhudilər Həmasın 7 oktyabr terrorundan yararlanıb İsraili böyütmək istədilər. Amma iş tərsinə dönür, yəhudilər itirirlər. Özü də təkcə İsraildə deyil, bütün dünyada çox böyük antiyəhudi dalğası genişlənməkdədir.

Dünya ictimai rəyində belə fikir formalaşıb: Nə qədər ki Birləşmış Ştatlar İsrailin arxasındadır, yəhudi dövlətini yenmək mümkünsüzdür. Lakin yəhudilərin ən böyük gücü olan ABŞ bu gün dünya yəhudiliyi üçün ən böyük təhlükə mənbəyinə çevrilir. Bu deyiləni təsdiqləyən bir neçə fakta nəzər salaq. ABŞ-də sionistlərə və ADL-ə (Yəhudi haqlarının müdafiəsi liqası) qarşı ən sərt təpki FBİ şefi Kaş Pattel tərəfindən səsləndirildi. O, ADL-in bir gözətçi köpəyi qismində siyasi cəbhəyə dönüşdüyünü, önəmli dövlət strukturlarını izlədiyini və dövlətin milli maraqlarını içdən sarsıtdığını söylədi. K. Pattekin iddiasına görə, B. Obamanın prezident olduğu dönəmdə FBİ başkanı olan Ceyms Comey ADL-ə sevgi məktubları yazaraq amerikalılara qarşı casusluq edən agentləri FBİ strukturlarına doldurub. Pattel deyir: ˝O dönəm bitdi. Bu günkü FBİ gözətçi köpəklərlə ortaqlık qurmayacaq˝.

Qeyd edək ki, ADL sionizmə ən ciddi dəstək verən ABŞ yəhudi təşkilatıdır, antisionizm və antisemitizm ideyası daşıyanlara qarşı ən amansız mübarizə aparan qurumların başında gəlir. ADL-ə qarşı digər böyük həmləni İlon Mask etdi. O, öz X hesabinda ˝ADL xristiyanlara nifrət edir. Bu bir nifrət liqasıdır˝ kimi ağır ittihamlar yayımladı. Mask başqa bir paylaşımında ADL-i ˝cinayətləri təşviq edən qrup˝ adlandırıb.

Digər fakta baxaq: Ünlü amerikan jurnalisti Taker Karlson dinləyənləri şoka salan açıqlamalar verib. Onun sözlərinə görə, İranla İsrail arasındakı 12 günlük savaş zamanı İsrail hərbçiləri Pentaqona soxularaq amerikalı generalların məxvi yığıncağına müdaxilə edib və ABŞ generallarına əmrlər veriblər: ˝Generalların hədsiz qəzəbinə heç kim məhəl qoymayıb. Bu necə ola bilər? Xarici ölkənin hərbçiləri hərbi ştaba soxulur və generallarımıza əmrlər verir. Liderlərimizin zəifliyi ucbatından bizdən istədikləri kimi istifadə edirlər˝.

Prezident Trampın başlatdığı MAQA (Amerikanı Yenidən Böyük Edək) hərəkatı da antisionist dalğasına qatılır. ABŞ mətbuatındakı çoxsaylı məlumatlara görə, hərəkat fəalları Trampdan tələb edirlər ki, hökumətdəki yəhudiləri vəzifələrindən uzaqlaşdırsın, həmin vəzifələrə xristianları gətirsin. Tramp da belə tələblərə müsbət cavab vermiş kimi görünür. O, son çıxışlarında vurğulayır ki, ölkədəki ˝Shut Down˝-dan istifadə edərək hakimiyyəti Amerika dərin dövlətindən təmizləyəcək. Öncəki çıxışlarında isə Tramp vurğulamışdı ki, ABŞ dərin dövləti qlobalçı demokratların (başqa sözlə, dünya maliyyə sistemini nəzarətdə saxlayan böyük yəhudi ailələrin) nəzarətindədir.

Yuxarıda göstərilən nümunələr ABŞ-də genişlənən antiisrail və dolayısı ilə antiyəhudi dalğasının görünən hissəsidir. Amerika cəmiyyətinin geniş təbəqələri arasında da bu dalğa hər keçən gün böyüyür.

ABŞ Ortadoğu Politikalar İnstitutunun apardığı sorğuya görə, amerikalı gənclərin 80 faizi İsrailə verilən dəstəyin tam kəsilməsinə tərəfdardır. Sorğuda rəyi soruşulan gənclərin 72 faizi isə İsraili soyqırımçı dövlət olaraq tanıyıb. Qeyd edək ki, həm respublikaçılara, həm də demokratlara yaxın olan qurumların apardığı rəy sorğularında təxminən eyni nəticələr görünür.

Birləşmiş Ştatlardakı gənc nəsil yalnızca antiisrail və Fələstin yönümlü deyil. Bu tendensiyalarda ana xətt odur ki, gənc amerikalılar İsrailin və bütövlükdə yəhudilərin ABŞ siyasətinə hədsiz təsirinə etiraz edirlər. İctimai mühitdə alovlanan antiyəhudi ovqatı dövləti yönəldən böyük siyasətdən də yan keçə bilməz. Amerika mətbuatında gedən çoxsaylı məlumatlara görə, ABŞ senatorları və konqresmenləri yəhudi qruplarının verdiyi hədiyyələrdən kütləvi şəkildə imtina edirlər. Bir konqresmenin qızı isə öz açıqlamasında bildirir: ˝Atam yəhudilərdən bəxşiş alaraq İsraili dəstəkləyir. Bundan utanc duyuram˝. Avropada da antiisrail ovqatının antiyəhudi ovqatına çevrilməsi heyrətamiz dərəcədə genişlənir. Aydın məsələdir ki, bu ovqatın arxasında Fələstin sevgisi dayanmır. Avropanın özündə islamafobiya tendensiyaları geniş yayılıb. Sanki avropalılar İsrailin Qəzza qətliamını fürsət bilərək fövqəladə təsir gücünə sahib olan yəhudi faktorunu hədəf alırlar. Avropada yəhudilərlə xristianlar arasında qarşıdurmalar əsirlər boyu olub və yəhudilər dəfələrlə xristian soyqırımlarına məruz qalıblar. Tarix zaman-zaman təkrarlanır.

Hadisələrin gedişatı göstərir ki, həm Avropada, həm də ABŞ-də yenidən çox təhlükəli xristian-yəhudi toqquşması formalaşır. Maskın ˝ADL xristianlara nifrət edir˝ paylaşımı, MAQA hərəkatından Trampa yönəlik ˝yəhudiləri işdən qov, xristianları götür˝ tələbi və Roma Papasının aylar öncə səsləndirdiyi ˝İsrail dövləti uşaq qatilidir˝ bəyanatı xristian-yəhudi toqquşmasının ilkin siqnalları kimi görünür.

Namiq BİLAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see166

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see135

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see132

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see127

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri