Icma.az
close
up
RU
Amerikalı alim kərə yağının İNANILMAZ FAYDASINI AÇIQLADI

Amerikalı alim kərə yağının İNANILMAZ FAYDASINI AÇIQLADI

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Son illər dünyada sağlam həyat tərzi hakimdir.

Dünya ulduzlarından tutmuş model və blogerlərə qədər kəs faydalı məhsulları təbliğ edir. Qluten, laktoza və ət istehlakını azaltmağa çalışırıq. Aldığımız ərzaqların tərkibini diqqətlə oxuyuruq. Lakin diş həkimlərinin sayı xeyli artmaqdadır, çünki müasir insanların dişləri vaxtından əvvəl pisləşməyə başlayıb.

Publika.az xəbər verir ki, amerikalı alim və stomatoloq Veston Prays müasir şəhər sakinlərinin dişlərinin niyə zəif olması ilə bağlı tədqiqat aparıb. O, toxunulmamış sivilizasiyaları öyrənmək üçün dünyanın bir çox ölkələri ilə yanaşı planetimizin ən nadir guşələrinə çoxlu səyahətlər edib. Stomatoloq düz 10 il vəhşi qidalanmanı müşahidə edib. Məlum olub ki, Avstraliya aborigenlərinin dişləri əla vəziyyətdədir.

Tədqiqatın nəticələri göstərib ki, çürüklər müasir bir xəstəlikdir və ibtidai cəmiyyətlərdə bu xəstəliyin mövcud olduğunu sübut edən hər hansı qalıqlar yoxdur. Həkim Prays araşdırmalarında ənənəvi şərtlərdə yaşayan eskimosları, hindu tayfaları, Avstraliya aboriginləri, Yeni Zelandiya maoriləri, yerli Afrika tayfalarının nümayəndələri və İsveçrənin Leçental vadisinin sakinlərini təsvir edib.

Diş həkimi müasir sivilizasiyalardan uzaq olan bölgələri ziyarət edərkən sağlamlıq baxımından olduqca mükəmməl olan sakinlərin yaşadığı kəndləri tapıb. Ən maraqlısı odur ki, kənd sakinləri diş çürüklərindən əziyyət çəkməyib, onlarda sadəcə diş əyrilikləri müşahidə olunub ki, bu da onların həyat şəraiti nəticəsində yaranır. Hətta yaşlı insanlarda diş minasının tam emalı zamanı pulpa sağlam qalıb. Bu da imkan vermir ki, bakteriyalar bədənə daxil olsun. Prays diş möhkəmliyinin gündəlik yeməklərdən birbaşa asılı olduğunu aşkar edib.

Doktorun sözlərinə görə, müxtəlif süd məhsullarından əldə edilən yağdan istifadə edən xalqların dişləri daha möhkəmdir. Bunlar qoyun, dəvə və inək südündə yemək bişirən İsveçrə Alpları, Ərəblər və Asiya qruplarıdır. Dişlərin sağlamlığına görə ikinci yerdə heyvanların daxili orqanları, vəhşi quşların yumurtaları ilə bəslənən xalqlar dayanır.

Siyahını müxtəlif dəniz məhsulları, kiçik heyvanlar və həşərat yeyən xalqlar davam etdirir. Prays qeyd edib ki, o, bütün araşdırma boyu yalnız faydalı bitki və tərəvəzlərlə dolanan, eyni zamanda möhkəm dişləri olan heç bir insanla tanış olmayıb. Bütün tayfalar bir çox fermentləşdirilmiş qidalardan və əlavələrdən istifadə edir: toxum, taxıl və qoz-fındığı mütləq isladır, tannin və fitik turşusunu neytrallaşdırmaq üçün mütləq cücərdirdilər.

Müasir şəhər əhalisinin problemi ondan ibarətdir ki, mineral və vitamin aclığı hiss etmir, ancaq istilik və enerji. Bu, torpağın keyfiyyəti, məhsulların sənaye emalı və sintetik vitaminlərlə bağlıdır. Həkimin sözlərinə görə, sivilizasiyadan təcrid olunmuş sakinlərin rasionunda suda həll olunan vitaminlər, kalsium və digər mineral maddələr 4 dəfə, yağda həll olunan vitaminlər isə təxminən 10 dəfə daha çoxdur.

Bu maddə və vitaminlər ancaq kərə yağı, kürü, yumurta və digər bu kimi heyvan məhsullarından əldə edilə bilər. Bunlar bizim zərərli hesab etdiyimiz xolesterinli qidalardır. Amma nahaq yerə. Demək olar ki, bütün vegetarianlarda B12 vitamini çatışmazlığı var. Bu vitamin ehtiyacını hər gün bir porsiya ət və ya ayda bir porsiya molyuska ilə əvəz etmək olar.

Veston Prays hesab edir ki, vitamin və mineralların bədəndə sovrulması üçün ən yaxşı məhsul təbii kərə yağıdır. Daha yaxşı effekt əldə etmək üçün onu bərabər miqdarda treska qaraciyərinin yağı ilə qarışdırmaq olar. Bu, sizi sağlamlığınız üçün təhlükəli ola biləcək böyük miqdarda balıq yağı qəbulundan xilas edəcək (böyük dozada balıq yağı depressiyaya səbəb olur).

Bir çox qidalar vitaminlərlə zəngin olsa da, minerallar baxımdan yoxsuldur. Gündəlik rasionu hazırlayarkən bunun nəzərə alınması lazımdır. Məsələn gündəlik fosfor ehtiyacını ödəmək üçün 30 kiloqram alma və ya 15 portağal yemək lazımdır. Lakin mərci şorbası gündəlik fosfor ehtiyacını ödəyə bilər. Beləliklə, bu qənaətə gəlirik ki, ən sağlam pəhriz müxtəlif növ məhsullarla qidalanmadır. Şəkər isə artıq zəifləmiş emalı məhv edə bilər.

Əlbəttə ki, qluten, laktoza və ya qırmızı ətə allergiyası olan insanlar az deyil. Lakin bu, o demək deyil ki, onlar hamı üçün zərərlidir. Hər şeydən əvvəl sağlamlığınızı düşünmək və bədənin ehtiyaclarına əsaslanan pəhriz tərtib etmək lazımdır. Əgər kökəlməkdən qorxursunuzsa, sadacə porsiyalara nəzarət edin və idman edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri