Icma.az
close
up
RU
Amerikalı ekspert: Azərbaycanla Ermənistan arasında ədalətli vasitəçi olduğunu sübut etmək Tramp üçün də prestijlidir

Amerikalı ekspert: Azərbaycanla Ermənistan arasında ədalətli vasitəçi olduğunu sübut etmək Tramp üçün də prestijlidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton, 13 avqust , AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ evdə dialoqu davam etdirən və bütün həll edilməmiş məsələlərin sülh yolu ilə və tam həllinə gətirib çıxaran sənədin anlaşma memorandumunun rəsmi imzalanması çox müsbət haldır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

O bildirib ki, Birləşmiş Ştatlar zəmanət olaraq, ölkələri bir araya gətirən üçüncü tərəf kimi etibarını gücləndirir.

“Hazırda regionun inkişafı ilə bağlı xoş ümidlər yaranıb. Xüsusən də bu, regionun Avropa və Mərkəzi Asiya, Avropa və Yaxın Şərq, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqə mərkəzinə çevrilməsinə yönəlmiş vacib infrastrukturun qurulmasında Amerika sərmayələrinin də cəlbini mümkün edir. Beləliklə, bütün bunlar çox müsbətdir. Düşünürəm ki, Tramp üçün də onilliklər ərzində müharibə aparan iki tərəf arasında ədalətli vasitəçi olduğunu sübut etmək çox prestijlidir. İndi daha müharibə yoxdur. Ərazi məsələləri həll olunub, lakin hələ görüləsi çox iş var. Düşünürəm ki, hər kəs bu görüşün uğurlu olmasından razıdır”, - deyə amerikalı ekspert əlavə edib.

O bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp birinci və ikinci prezidentlik dövründə dəfələrlə müharibəni, hərbi müdaxilələri, heç bir yerdə döyüşməyi sevmədiyini və sülh istədiyini söyləyib: “O, İsraillə Fələstin arasında sülh yaratmağa çalışıb və bu, davam edən bir prosesdir. Tramp Ukrayna ilə Rusiya arasında sülh yaratmağa çalışır. Azərbaycan və Ermənistanla bağlı Birləşmiş Ştatların Prezidentinin bu sazişi imzalayan şəxs kimi birbaşa ön plana çıxması hər iki tərəfə bu prosesi davam etdirərkən müəyyən arxayınlıq hissi verməlidir”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see154

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see147

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see147

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see125

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see119

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see118

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see118

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see117

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri