Icma.az
close
up
RU
Amerikalı məktəbli Yusif nəyə görə mənimlə Azərbaycan dilində danışmağı seçdi?

Amerikalı məktəbli Yusif nəyə görə mənimlə Azərbaycan dilində danışmağı seçdi?

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ-da dünyaya göz açmış, Missuri ştatının Kanzas şəhərindəki “Plaza Middle School” – “Plaza” orta məktəbinin fəxri, qazandığı uğurlarla ulduza (Rockstar) çevrilən və məktəb direktorunun (Principal) şərəf siyahısına düşən Yusif Kərimli təkcə öz nailiyyətləri ilə seçilmir, o, məktəb həyatını fəth edir.

6-cı sinfi uğurla başa vuran Yusif fədakarlıq, intizam və bir az da ulduz cazibəsinin mükəmməl vəhdətini təmsil edir. İstər çətin tapşırıqlar üzərində işləyərkən, istərsə də dostlarını qürurlandırarkən o, hər işə diqqət və özünəməxsus əzmkarlıqla yanaşır.

Yusifin əzmkarlığı, zəhməti və müsbət yanaşması onu həmyaşıdları üçün əsl nümunəyə, gələcək üçün isə yüksələn bir qüvvəyə çevirir. İstər sinif otağında, istərsə də ictimai fəaliyyətlərdə o, hər zaman işinə mükəmməllik və enerji qatır.

Yusifin “Plaza” orta məktəbinin saytında digər məktəblilərlə birlikdə çıxışı yerləşdirilib. Bu azyaşlı strategiyadan, qarşılıqlı münasibətlərdən söhbət açır.

Bu amerikalı uğur modeli ilə söhbətim çox maraqlı olmaqla bərabər məni bir qədər təccübləndirdi. İngiliscə verdiyim bütün suallara mən yalnız Azərbaycan dilində cavab alırdım. Qloballaşan dünyamızda çox vaxt düşünürük ki, ingilis dili hər kəslə ünsiyyət qurmaq üçün universal vasitədir. Mən də Yusiflə danışanda bu düşüncə ilə ona ingiliscə müraciət etdim. Fikirləşdim ki, söhbətimiz daha rahat olar. Lakin mənim hər sualıma Yusif yalnız Azərbaycan dilində cavab verirdi. Amerikalı məktəblinin mənimlə ünsiyyətdə Azərbaycan dilində danışması onun şüurlu seçimi idi.

Yusif, sadəcə, dil seçimi etmirdi, o, kim olduğunu ifadə edirdi. Ana dilində cavab verməklə o, sanki sakit, lakin güclü bir mesaj ötürürdü: mən kimliyimdən imtina etmirəm. Onun Azərbaycan dilində danışmaq israrı danışıq rahatlığından deyil, şəxsiyyətindən irəli gəlirdi.

Yusifin ana dilinə bu qədər bağlı olmasının səbəblərindən biri də onun ailəsindəki mühitlə bağlıdır. Evdə, ailə toplantılarında, gündəlik həyatın ən adi anlarında yalnız Azərbaycan dilində danışılır. Bu ailədə dil təkcə ünsiyyət vasitəsi deyil - o, nəsilləri bir-birinə bağlayan canlı bir ipdir. Bu, nənələrin nağıllarında, ataların nəsihətlərində, süfrə başında deyilən sadə cümlələrdə yaşanan bir dəyərdir. Yusif və ailəsi üçün dil, sadəcə söz deyil - tarixdir, yaddaşdır, kimlikdir. Və bu, gündəlik söhbətlərlə qorunan mədəni bir dəyərlər sistemidir.

Yusifin mənimlə ünsiyyətdə sakit, qətiyyətli israrı nə inad idi, nə də sadə vərdiş. Bu, ləyaqət idi. Bu ləyaqətdə hamımız üçün bir dərs var - özünü tanımaq, mədəniyyətini yaşatmaq və kimliyini ifadə etmək. Bu kiçik, adi görünən an böyük bir dərs oldu: dil təkcə rabitə vasitəsi deyil - o, duyğu, xatirə və qürur daşıyıcısıdır.

Yusiflə olan söhbətlərim mənə dərindən təsir etdi. O, mənə göstərdi ki, Azərbaycan dili onun üçün sadəcə danışıq vasitəsi deyil - onun mənsubiyyətinin simvoludur. Azərbaycanlı ilə Azərbaycan dilində danışmaq onun üçün kimliyini təsdiqləmək, mədəniyyətini yaşatmaq demək idi.

Qivami Rəhimli,

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,

bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri