Icma.az
close
up
RU
Elvin Quliyev: “Həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Elvin Quliyev: “Həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hesab bizim üçün də gözlənilməz oldu. Əslində, rəqibin oyun üslubunu təhlil etmiş, onların mümkün gedişlərinə qarşı hazırlaşmışdıq. Lakin matç başlayan kimi futbolçularımızda həyəcan hiss olundu”.

Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in əsas seçmə mərhələsində Latviya ilə keçirilən oyundan (1:5) sonra İdman.Biz-ə açıqlamasında bildirib.

Mütəxəssis komandasının çıxışını dəyərləndirərək məğlubiyyətin əsas səbəblərindən danışıb:

“Futbolçularımızın həyəcanlı olduğu açıq hiss edilirdi. Standart vəziyyətlərdən dörd qol buraxdıq. Düşünürəm ki, burada təcrübə çatışmazlığının da müəyyən rolu var.

Əsas problemlərimizdən biri uzun ötürmələrə qarşı mübarizədə yaranırdı. Bəzi epizodlarda mövqe baxımından rəqibdən geri qalır, ikili mübarizələrdə üstünlüyü onlara verirdik. Latviya millisinin fiziki cəhətdən güclü, iri cüssəli futbolçulardan ibarət olduğunu gördünüz. Buna görə də daha sürətli oynamalı idik. Üstəlik, topu qəbul edərkən texniki səhvlərə yol verirdik. Nəticədə rəqibə standart vəziyyətlərdən yararlanmaq imkanı yaradırdıq və onlar da bundan maksimum istifadə edirdilər.

Artıq bir neçə oyundur ki, ikinci hissəyə istədiyimiz kimi başlaya bilmirik. Oyuna uyğunlaşmaq və özümüzə gəlmək üçün müəyyən vaxta ehtiyac duyuruq. Rəqib tez-tez müdafiə xəttimizin arxasına uzun ötürmələr edirdi. Biz isə onları daim təzyiq altında saxlamalı, bunun hesabına planlaşdırdığımız taktiki keçidləri həyata keçirməli idik. Bununla belə, ikinci hissədə oyunumuzu müəyyən qədər yaxşılaşdırdığımızı düşünürəm”.

Qeyd edək ki, 12-ci qrupda mübarizə aparan yığmamız Bakı İdman Sarayında Latviya millisini qəbul edib.

Qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi üç oyundan sonra bir xal toplayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Noyabr 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri