Amerikalı Serbiyanın Baş naziri postuna namizəd olub
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"İndi Vuçiç Serbiyanın böhrandan çıxması üçün kurs müəyyənləşdirməlidir”
“Serbiya Prezidenti Aleksandar Vucic ABŞ əsilli şəxsi hökumət başçısı təyin etməklə ölkədəki gərginliyi azaltmağa cəhd edir”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri rusiyalı ekspert Denis Denisov deyib.
"İndi Vuçiç Serbiyanın böhrandan çıxması üçün kurs müəyyənləşdirməlidir. O, şərti olaraq amerikalı siyasətçini Baş nazir etmək istəyir və bunun ona kömək edəcəyinə ümid edir", - Denisov bildirib.
Qeyd edək ki, ölkənin Baş naziri postuna namizədlərdən biri Amerikanın “East Point Metals Ltd.” şirkətinin prezidenti Desko Nikitoviçdir.
Bununla belə, Denisov hesab edir ki, amerikalı Baş nazir cəmiyyətdəki gərginliyi yalnız müvəqqəti olaraq azalda biləcək.
Xatırladaq ki, Serbiyanın əvvəlki Baş naziri Miloş Vuçeviç istefa verib. Bundan əvvəl tələbələrin etirazları və ölkədə daxili siyasi vəziyyətin gərginləşməsi baş verib. Serbiya Parlamentinin üzvləri istefanı təsdiqləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















