Amerikalı üzgüçü dünya rekordunu yeniləyib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı,10 dekabr, AZƏRTAC
Amerikalı üzgüçü Qretçen Uolş Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, idmançı “butterfly” üsulunda 50 metrlik qısa məsafəyə üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 24,02 saniyə ilə birinci çatmaqla nail olub.
Bundan əvvəlki dünya rekordu 2009-cu ildə isveçli Teresa Alşamaraya ( 24,38 ) məxsus olub.
Qeyd edək ki, Q.Uolş ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal qazanıb.
Baxış sayı:85
Bu xəbər 10 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















