“Barselona” 10 milyon avroluq transferdən imtina etdi: “Real Madrid” hərəkətə keçdi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona” “Mançester Yunayted”in akademiyasından ayrılan istedadlı futbolçu Cey-Cey Qabrieli heyətinə qatmaq imkanından maliyyə səbəblərinə görə imtina edib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Sike Rodriqes “El Bar” proqramında məlumat verib.
Onun sözlərinə görə, 16 yaşlı futbolçu bir neçə həftə Barselona yaxınlığındakı Kasteldefels şəhərində məşq edib. Kataloniya klubu onun transferi üçün danışıqlar aparsa da, maliyyə tələblərini həddindən artıq yüksək qiymətləndirib.
Rodriqes bildirib ki, Qabrielin keçidinin ümumi dəyəri 350 min avro deyil, təxminən 10 milyon avro (19,1 milyon manat) təşkil edə bilər. İngiltərə klubuna ödəniləcək 350 min avro yalnız futbolçunun hazırlanmasına görə kompensasiyadır. Ümumi məbləğə agentlərə və vasitəçilərə veriləcək komissiyalar da daxildir.
Jurnalistin məlumatına əsasən, gənc hücumçunun karyerasını “Real Madrid”də davam etdirəcəyi gözlənilir. Bununla belə, “Mançester Yunayted” futbolçunun ayrılması ilə bağlı hüquqi addımlar atmaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Cey-Cey Qabriel bu mövsüm UEFA Gənclər Liqasında “Mançester Yunayted”in U-19 komandasının heyətində Azərbaycanın “Sabah” klubuna qarşı keçirilən görüşdə het-trik edib. İngiltərə təmsilçisi həmin qarşılaşmada 5:0 hesablı qələbə qazanıb.
Baxış sayı:106
Bu xəbər 19 Noyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















