Amerikalılara 14 ölkəsini dərhal tərk etmək tövsiyə olunub
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti amerikalıları İranın Yaxın Şərq ölkələrinə zərbələri fonunda dərhal bölgəni tərk etməyə çağırıb. Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar bu mesajı X sosial media platformasında paylaşıb. Dövlət Departamentinin dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrin siyahısına Bəhreyn, Misir, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, eləcə də Qərb Şəriyəsi və Qəzza zolağı daxildir.
Amerikalılara mövcud kommersiya reysləri ilə ölkəni tərk etmək və bölgədəki vəziyyətin gərginləşməsi ehtimalı səbəbindən tez bir zamanda hərəkət etmək tövsiyə olunur. 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran qüvvələri İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar təşkil edib. BƏƏ, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı mülki və diplomatik obyektlərə də zərbələr endirilib. Tehran bildirib ki, Yaxın Şərqdəki otellərə hücum edəcək, çünki orada Amerika qoşunları yerləşə bilər.
ABŞ prezidenti Donald Tramp öz növbəsində qeyd edib ki, ABŞ "sonsuz" silah təchizatına malik olduğu üçün "əbədi və çox uğurla" müharibə apara bilər. Amerika lideri həmçinin zəruri hallarda İrana quru qoşunları göndərməyi də istisna etməyib. Eyni zamanda, o, ABŞ-ın hərbi əməliyyatların dörd-beş həftə davam edəcəyini gözlədiyini bildirib.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Mart 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















