Amerikalıların 73 faizi süni intellekt şirkətlərini ittiham edir
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalıların təxminən dörddə üçü – 73 faizi süni intellekt şirkətlərinin texnologiyanın cəmiyyətə ciddi zərər vurmasının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini düşünür.
Bu, Reuters/Ipsos-un 1 277 ABŞ vətəndaşı arasında keçirdiyi son sorğunun nəticələrində əksini tapıb. Respondentlərin 39 faizi süni intellektin cəmiyyətə mənfi təsir göstərdiyini bildirib. Bu, sorğularda indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Sorğuda iştirak edənlərin 55 faizi süni intellektin inkişafının müəyyən müddətə yavaşladılmasını müsbət addım hesab edib, 13 faizi isə bunun əleyhinə çıxıb. Eyni zamanda, 73 faiz ABŞ üçün süni intellektin qlobal rəqabətdə öndə olmasından daha çox onun təhlükəsiz və məsuliyyətli şəkildə inkişaf etdirilməsini vacib sayıb.
Sorğu iştirakçılarının əksəriyyəti təhlükəsizlik standartlarının müəyyənləşdirilməsində federal hökumətin daha böyük rol oynamasını dəstəkləyib. Reuters qeyd edir ki, süni intellektin sürətli inkişafı proqramlaşdırma, əmək bazarı və kibertəhlükəsizliklə bağlı yeni suallar yaradıb. Sorğu sentyabr ayında onlayn keçirilib və nəticələrin xəta payı 3 faizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















