Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Səhnəyə yolu bağlanan pyeslər

Səhnəyə yolu bağlanan pyeslər

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şahanə MÜŞFİQ

Teatr səhnəsi cəmiyyətin özünə tutduğu güzgüdür. Bu güzgüdə bəzən rəsmi dairələrin görmək istəmədikləri, bəzən toxunulmaz sayılan ailə münasibətləri, bəzən də ictimai əxlaq adı altında gizlədilən problemlər əks olunur. Elə buna görə də teatr tarixində pyeslərin yalnız bədii keyfiyyətinə görə deyil, qaldırdığı suallara, tənqid etdiyi quruluşa, toxunduğu mövzulara görə qadağan edildiyi saysız-hesabsız nümunələr var.

Bəzi əsərlər müəllifinin sağlığında səhnəyə buraxılmayıb, bəziləri tamaşanın nümayişi zamanı polis müdaxiləsi ilə üzləşib, digərləri isə teatr salonunda baş verən etirazlar və qalmaqallarla tarixə düşüb. Maraqlıdır ki, bir vaxtlar təhlükəli, əxlaqsız, təhqiramiz və ya siyasi baxımdan yolverilməz hesab edilən həmin əsərlərin bir çoxu sonradan dünya dramaturgiyasının klassik nümunələrinə çevrilib.

"Kabuslar": Cəmiyyətin görmək istəmədiyi ailə həqiqətləri

Henrik İbsenin 1881-ci ildə nəşr edilən "Kabuslar" pyesi Avropa teatr tarixində senzuranın ən məşhur hədəflərindən biri hesab olunur. Əsər ailə, nikah, irsiyyət, xəstəlik, dini əxlaq və cəmiyyətin ikili standartları kimi mövzuları cəsarətlə gündəmə gətirirdi.

Pyesin mərkəzində ərinin ölümündən sonra onun xatirəsini qorumağa çalışan xanım Alving dayanır. O, illərlə cəmiyyətin gözündə nümunəvi ailə təsəvvürü yaratmağa çalışsa da, ərinin həyatındakı mənəvi pozğunluqları və ailənin gizli faciələrini açmağa məcbur qalır. Əsərdə irsiyyət, cinsi xəstəlik, nikah institutunun saxta tərəfləri və dini-mənəvi normaların insan həyatına təsiri kimi dövrün tamaşaçısı üçün son dərəcə həssas məsələlər yer alır.

İbsen ailəni müqəddəs və toxunulmaz məkan kimi təqdim etmək əvəzinə, onun daxilindəki yalanları, susqunluğu və mənəvi böhranı göstərirdi. Bu isə XIX əsrin konservativ Avropası üçün qəbulolunmaz idi. Əsər nəşr edildikdən sonra kəskin tənqidlərə məruz qaldı, müəllif əxlaqsızlıqda ittiham olundu.

1891-ci ildə Londonun Müstəqil Teatrı "Kabuslar"ı səhnələşdirmək istəsə də, rəsmi icazə ala bilmədi. Tamaşanın nümayişi üçün adi ictimai teatr əvəzinə özəl klub formatından istifadə edildi. Bu hadisə böyük qalmaqala səbəb oldu. Pyes Britaniyada yalnız 1914-cü ildə rəsmi səhnə icazəsi aldı.

"Xanım Uorrenin peşəsi": Qadın taleyi, yoxsa ictimai riyakarlıq?

İngilis dramaturgiyasının görkəmli nümayəndəsi Corc Bernard Şounun 1893-cü ildə yazdığı "Xanım Uorrenin peşəsi" pyesi də senzuranın hədəfinə çevrilmişdi.

Əsərin əsas qəhrəmanı Vivie Uorren anasının keçmişi və həyatını necə qurması haqqında həqiqətləri öyrənir. Xanım Uorren gəncliyində yoxsulluq və qadınlar üçün məhdud imkanlar səbəbindən fahişəlik biznesinə qoşulmuş, sonradan isə bu sahədə varlanmışdı. O, öz seçimini qızına izah edərkən cəmiyyətin qadınlara qarşı ədalətsiz münasibətini, yoxsulluğu və iqtisadi bərabərsizliyi ön plana çəkir.

Şou tamaşaçını sadəcə bir qadının mənəvi seçimləri ilə üz-üzə qoymurdu. O, daha narahatedici sual verirdi: qadınları çıxılmaz vəziyyətə salan, onların əməyini və həyatını istismar edən cəmiyyətin özü nə dərəcədə günahsızdır?

Əsər 1890-cı illərdə yazılsa da, Britaniyada uzun müddət ictimai səhnədə nümayişinə icazə verilmədi. 1902-ci ildə Londonda özəl teatr cəmiyyəti çərçivəsində təqdim olundu, lakin bu, əsərin geniş ictimai səhnəyə çıxması demək deyildi. Britaniyada ilk ictimai nümayişi 1925-ci ildə baş tutdu. Beləliklə, yazıldığı vaxtdan təxminən 32 il sonra tamaşa geniş auditoriya qarşısına çıxa bildi.

"Qərb dünyasının pleyboyu" niyə üsyana səbəb oldu?

1907-ci il yanvarın 26-da Dublindəki Abbey Teatrında irland dramaturqu Con Millinqton Sinqin "Qərb dünyasının pleyboyu" pyesinin premyerası keçirildi. Tamaşa teatr tarixində ən məşhur qalmaqallardan birinə səbəb oldu.

Əsərin qəhrəmanı Kristi Mahon atasını öldürdüyünü iddia edərək kəndə gəlir. Onun bu etirafı ətrafındakı insanların gözündə qorxmazlıq və cəsarət nümunəsinə çevrilir. Lakin sonradan atasının sağ olduğu üzə çıxır və kənd sakinlərinin qəhrəmana münasibəti dəyişir.

Sinq irland kənd həyatını romantikləşdirmək əvəzinə, insan təbiətinin ziddiyyətlərini, kollektiv düşüncənin dəyişkənliyini, qəhrəmanlıq anlayışının nə qədər asanlıqla uydurula bildiyini göstərirdi. Əsərdəki bəzi ifadələr, qadın obrazlarının təqdimatı və milli-mənəvi dəyərlərə münasibət tamaşaçıların bir hissəsinin kəskin etirazına səbəb oldu.

Premyeranın üçüncü pərdəsində səslənən bəzi sözlərdən sonra salonda narazılıq gücləndi. Tamaşaçılar qışqırır, aktyorların çıxışına mane olur, səhnəyə müxtəlif əşyalar atırdılar. Hadisələr o qədər gərginləşdi ki, teatrda iğtişaş baş verdi. Etiraz edənlər pyesin irland xalqını və xüsusilə qadınları təhqir etdiyini iddia edirdilər.

Bu hadisə sonradan "Pleyboy iğtişaşları" adı ilə teatr tarixinə düşdü. Maraqlıdır ki, pyesin nümayişinə qarşı çıxanların hamısı əsərin məzmununu eyni şəkildə qiymətləndirmirdi: bəziləri onu milli kimliyə təhqir, digərləri isə ictimai əxlaqa zidd hesab edirdi.

Sinqin əsəri bu gün İrlandiya ədəbiyyatının və dramaturgiyasının mühüm nümunələrindən sayılır. Bir vaxtlar milli təhqir kimi qarşılanan pyes sonradan həmin xalqın teatr irsinin ayrılmaz hissəsinə çevrildi.

Bulqakovun pyesləri sovet senzurasının hədəfində

Teatr senzurasından danışarkən Sovet İttifaqını və Mixail Bulqakovun taleyini xatırlamamaq mümkün deyil. Yazıçı və dramaturq öz əsərlərində sovet reallığının ziddiyyətlərini, bürokratiyanı, ideoloji təzyiqləri və insan azadlığının məhdudlaşdırılmasını satirik dillə təsvir edirdi. Bu yanaşma isə siyasi hakimiyyətin xoşuna gəlmirdi.

Bulqakovun "Turbinlərin günləri" pyesi Moskva Bədaye Teatrında tamaşaya qoyulmuş və müəyyən uğur qazanmışdı. Lakin yazıçının digər əsərləri, xüsusilə "Zoykanın mənzili" və "Qırmızı ada" siyasi və ideoloji baxımdan qəbuledilməz hesab edildi.

1929-cu ildə Bulqakovun səhnədə nümayiş olunan üç pyesi qadağan edildi. Həmin dövrdə onun ədəbi fəaliyyətinə qarşı mətbuatda da sərt kampaniya aparılırdı. Yazıçının əsərləri nəşr olunmur, teatr səhnələrində nümayişinə icazə verilmirdi.

Bulqakovun 1925-ci ildə yazdığı "İt ürəyi" povesti də sovet hakimiyyəti dövründə nəşr oluna bilmədi. Əsər yalnız 1987-ci ildə SSRİ-də çap olundu. Yazıçının satirik düşüncəsi və cəmiyyətə tənqidi münasibəti onu senzuranın diqqət mərkəzində saxlayırdı.

Bulqakovun taleyindəki ən ağrılı məqamlardan biri onun sənətini davam etdirmək üçün hakimiyyətə müraciət etməsi idi. 1929-cu ildə Stalinə ünvanladığı məktubda yazıçı ya əsərlərinin nümayişinə imkan verilməsini, ya da ölkədən getməsinə şərait yaradılmasını istəyirdi. Sonradan Moskva Bədaye Teatrında yenidən işləməyə başlasa da, onun yaradıcılığı üzərindəki nəzarət və məhdudiyyətlər aradan qalxmadı.

"Uşaqların saatı": Bir yalanın dağıtdığı iki qadının həyatı

Amerikalı dramaturq Lillian Hellmanın 1934-cü ildə yazdığı "Uşaqların saatı" pyesi XX əsrin teatr tarixində senzuranın sosial tabularla necə əlaqələndiyini göstərən nümunələrdəndir.

Əsərdə iki qadın müəllim - Karen və Marta özəl məktəb idarə edirlər. Şagirdlərdən biri onların arasında guya əxlaqsız münasibət olduğunu iddia edir. Bu yalan söz-söhbət qısa müddətdə yayılır, müəllimlərin nüfuzunu, işini və şəxsi həyatını məhv edir.

Pyesin əsas mövzusu yalnız böhtan və yalan deyil. Hellman dövrünün cəmiyyətində homoseksuallığa münasibəti, ictimai qınağın insan taleyinə təsirini və sübut olunmamış ittihamların necə faciəyə çevrilə biləcəyini göstərirdi.

Əsər Nyu-Yorkda uğurla səhnələşdirilsə də, Boston, Çikaqo və London kimi şəhərlərdə qadağalarla üzləşdi. Boston və Çikaqoda tamaşanın nümayişinə icazə verilmədi, Britaniyada isə ictimai səhnə üçün lisenziya almadı. London tamaşaçısı əsəri yalnız özəl teatr məkanında görə bildi.

Pyesin qadağan edilməsinin başlıca səbəbi onun homoseksuallıq mövzusuna toxunması idi. Həmin dövrün senzura orqanları bu mövzunu səhnədə göstərilməyə layiq hesab etmirdilər.

Bu gün isə "Uşaqların saatı" ayrı-seçkilik, böhtan, ictimai qınaq və insan hüquqları mövzularını araşdıran mühüm dramaturji əsərlərdən biri kimi dəyərləndirilir.

Sənaye cəmiyyətini tənqid edən "Tüklü meymun"

Amerikalı dramaturq Yucin O'Nilin "Tüklü meymun" pyesi 1922-ci ildə Brodvey səhnəsində nümayiş olunmağa başlayanda ciddi etirazlarla qarşılaşdı.

Əsərin qəhrəmanı Yank adlı fəhlədir. O, sənaye cəmiyyətinin ağır iş şəraitində yaşayan, özünü güclü və əvəzolunmaz hesab edən insandır. Lakin varlı təbəqənin nümayəndələri ilə qarşılaşması onun dünyagörüşünü alt-üst edir. Yank özünü cəmiyyətin bir hissəsi kimi deyil, yad və lazımsız varlıq kimi hiss etməyə başlayır.

O'Nil bu əsərdə sinfi bərabərsizliyi, sənayeləşmənin insanı necə mexanikləşdirdiyini, fəhlə sinfinin cəmiyyətdəki yerini və insanın özünə yadlaşmasını təsvir edirdi. Pyesin siyasi çalarları hakimiyyət və mühafizəkar dairələrin diqqətindən yayınmadı.

Əsərin nümayişindən təxminən bir ay sonra Nyu-York polisi tamaşanı "ədəbsiz" və "nalayiq" hesab edən etirazlarla gündəmə gəldi. Federal Təhqiqat Bürosu da pyesin radikal təbliğat vasitəsinə çevrilə biləcəyindən narahatlıq ifadə etmişdi. O'Nil isə senzura cəhdlərini kəskin tənqid edirdi.

Maraqlıdır ki, etirazlar əsərin populyarlığını azaltmadı. Əksinə, senzura cəhdləri tamaşaya marağı artırdı. "Tüklü meymun" bu gün modernist dramaturgiyanın mühüm əsərlərindən biri sayılır.

Britaniyada iki əsrlik senzura: Lord Çemberlenin qərarı

Tarixdə teatr senzurasının ən uzunmüddətli və sistemli nümunələrindən biri Böyük Britaniyada mövcud olmuş Lord Çemberlen institutudur. 1737-ci ildə qəbul edilən qanunla ictimai teatr tamaşalarının nümayişindən əvvəl rəsmi icazə alınması tələb olunurdu. Bu sistem 1968-ci ildə qəbul edilən qanunla ləğv edildi, senzuranın hüquqi qüvvəsi isə 1969-cu ildən aradan qalxdı.

Beləliklə, Britaniyada teatr əsərlərinin rəsmi qurumlar tərəfindən əvvəlcədən yoxlanılması iki əsrdən artıq müddətdə davam etdi. Lord Çemberlen yalnız açıq siyasi tənqidi deyil, cinsi münasibətlər, din, sinfi fərqlər, qadın hüquqları, abort, fahişəlik və digər həssas mövzuları da nəzarətdə saxlayırdı.

Senzuranın bu qədər uzun müddət mövcud olması teatrın ictimai gücünü də təsdiqləyirdi. Hakimiyyət səhnədə səslənən fikirlərin tamaşaçıya təsir edə biləcəyini anlayır, buna görə də teatrı nəzarətdə saxlamağa çalışırdı.

lll

Senzura bir pyesin nümayişini dayandıra, aktyorları səhnədən uzaqlaşdıra, müəllifi susmağa məcbur edə bilər. Ancaq əsərin yaratdığı sualları həmişəlik aradan qaldıra bilməz. Tarixin ironiyası da bundadır: bir vaxtlar səhnəyə buraxılmayan əsərlər bu gün dünyanın ən nüfuzlu teatrlarında tamaşaya qoyulur, yeni nəsil rejissorlar tərəfindən yenidən yozulur.

Çünki teatrın əsas missiyası yalnız tamaşaçıya xoş gələn mənzərə yaratmaq deyil. O, həm də cəmiyyətin üzləşməkdən çəkindiyi həqiqətləri səhnəyə gətirmək gücünə malikdir. Bəlkə də məhz buna görə tarix boyu ən çox qadağan edilən əsərlər bəzən ən uzunömürlü sənət nümunələrinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri