Amerikidan bir qrup venesuelalı deportasiya olundu
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ tərəfindən hava yolu ilə bir qrup venesuelalı deportasiya edilib.
“Cebheinfo.az” xəbər verir ki, Venesuelanın “Conviasa” aviaşirkətinə məxsus təyyarə Meksikadan havaya qalxaraq 242 miqrantı paytaxt Karakasın Simon Bolivar Beynəlxalq Hava Limanına gətirib.
Deportasiya edilən venesuelalıları hava limanında qarşılayan daxili işlər naziri Diosdado Kabello Repatriasiya Planı sayəsində venesuelalıların ölkələrinə qayıda bildiklərini bildirib.
Kabello Meksikadan ölkəyə daha 500 venesuelalının gətiriləcəyini və vətəndaşların burada həyatlarını "xoşbəxt" davam etdirəcəklərini bildirib.
Kabello bəzi mühacirlərin ABŞ-də travmatik təcrübələr yaşadıqlarını və deportasiya edilənlər arasında olan uşaqlara psixoloji dəstək verəcəklərini söyləyib.
Sosial mediada paylaşılan görüntülərdə ölkələrinə qayıdan miqrantların əllərində Venesuela bayraqları olduğu görülüb.
ABŞ tərəfindən sonuncu dəfə fevralın 22-də hava yolu ilə deportasiya edilən 177 qeyri-qanuni venesuelalı miqrant öz ölkələrinə çatıb.
Nigar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















