Icma.az
close
up
RU
Amin Məmmədov: Metsamorun fəaliyyətinin dayandırması ilə bağlı təşəbbüsə dəstəyimizi bildiririk

Amin Məmmədov: Metsamorun fəaliyyətinin dayandırması ilə bağlı təşəbbüsə dəstəyimizi bildiririk

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Sabah - iyunun 5-i Ümumdünya Ətraf Mühit Günüdür. Bu, əsasən ekoloqlar və ümumilikdə ətraf mühiti, təbiəti sevənlər üçün çox önəmli bir bayramdır.

AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” QHT Koalisiyasının üzvü Amin Məmmədov iyunun 3-də keçirilən mətbuat konfransında deyib.

O, əvvəlcə “Environmental Protection First” QHT Koalisiyası barədə məlumat verib: “Bu koalisiya artıq iki ildir ki, fəaliyyət göstərir. Koalisiya Azərbaycanın dörd qeyri-hökumət təşkilatı tərəfindən təsis olunub. Əsas məqsəd Ermənistanın dağ-mədən sənayesi və digər fəaliyyətləri nəticəsində Qafqaz regionu və xüsusilə Azərbaycan üçün yaranan ekoloji risklər və təsirlərlə mübarizə aparmaqdır. Bu istiqamətdə müxtəlif bəyanatlar vermişik.

Bundan əlavə, koalisiyanın təşkilatçılığı ilə 2023-cü ildə Ermənistanın baş nazirinə açıq məktub ünvanlanıb. Məktubda Ermənistanda həyata keçirilən mədən sənayesi fəaliyyəti nəticəsində şəffaflığın təmin edilməməsi vurğulanıb”.

Bugünkü brifinqin əsas səbəbinin dünən mediada yayılan məlumatla bağlı olduğunu vurğulayan Amin Məmmədov əlavə edib: “Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən otuzdan çox qeyri-hökumət təşkilatı və yerli vətəndaş cəmiyyəti qurumları Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükə yaratdığını bildirərək, bu stansiyanın ən qısa zamanda fəaliyyətini dayandırmasını tələb ediblər. Həmin təşkilatlar bir araya gələrək bu mövzuda öz etirazlarını və mövqelərini ifadə ediblər. Biz də bu təşəbbüsə dəstəyimizi bildiririk”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri