Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Avropa çempionatında Azərbaycanın qadın cüdoçuıarından gözləntilər böyükdür".
Apasport.az xəbər verir ki, bu sözləri qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:
"Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına sayılı günlər qalıb. Qitə birinciliyinə ciddi hazırlaşırıq. Avropa çempionatından sonra Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşacağıq. Hər zaman yarışlara medal ümidi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyükdür. Bu dəfə də məqsədimiz dəyişmir - uğur qazanmağa çalışacağıq".
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.
Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib Gəncədə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib Azərbaycan yığması Avropa Kubokunu 24 medalla başa vurdu Gəncədə cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib Gəncədə cüdo üzrə Avropa Kuboku start götürüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 09 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















