NATO nun Ankara sammitinə ümidlər böyükdür
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ümid edirəm ki, gələcəkdə Ankara sammitinə nəzər salan insanlar onu verilən öhdəliklərin həyata keçirildiyi sammit kimi xatırlayacaqlar. Haaqa sammitində vədlər verildi, Ankara sammiti isə bu vədlərin icra olunduğu sammit olmalıdır”.
Bu sözləri “Reuters”ə NATO-nun Baş katibi Mark Rutte deyib. “Müdafiə xərcləri həm Haaqa sammitində müzakirə olunub, həm də Ankara sammitinin gündəliyində yer alan üç əsas mövzudan biridir. Bu sahədə avropalı müttəfiqlərin və Kanadanın cəmi 2 il ərzində müdafiəyə əlavə 250 milyard dollara qədər vəsait ayırması həqiqətən təsiredicidir. İkinci prioritetimiz Ukraynaya dəstəyin davam etdirilməsidir. Üçüncü prioritetimiz isə NATO daxilində daha güclü Avropa demək olan "NATO 3.0" konsepsiyasını formalaşdırmaqdır. Bunun üçün müdafiə sənayesinin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmalıyıq”, – deyə Rutte vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 İyul 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















