Icma.az
close
up
RU
Amnistiya yalnız güclü dövlət və liderlə nəticə verir  ŞƏRH

Amnistiya yalnız güclü dövlət və liderlə nəticə verir  ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezidentin amnistiya təşəbbüsü Heydər Əliyev siyasətinin davamıdır

Sahib Alıyev: “Diplomatik və hərbi uğurlar amnistiya təşəbbüsünü daha əhəmiyyətli etdi”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır. Dövlət başçısı bu təşəbbüsü məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq irəli sürüb.

Milli Məclisin deputatı Sahib Alıyev Sherg.az-a açıqlamasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin amnistiya təşəbbüsünü alqışladığını bildirib: “Bu təşəbbüsə Heydər Əliyev siyasətinin bu sahədəki davamı kimi yanaşıram. Amnistiya dəqiq hüquq mexanizminin tətbiqi ilə yanaşı, tətbiqdən sonra dövlətin uyğun qurumlarından həssas, diqqətli və bütün hallarda böyük vaxt, eləcə də zəhmət tələb edən bir aktdır ki, komfortist cəmiyyətlərdə bundansa alternativ yollara gedilir. Yəqin həm də bu səbəbdən qərb ölkələrinin əksəriyyəti amnistiyadan qaçırlar. Eyni zamanda o da faktdır ki, amnistiya təkcə dövlətin yox, liderin də güclü olduğu ölkələrdə arzulanan nəticəni verir. Bu baxımdan da qərbdə vəziyyətin necə olduğu kimsəyə sirr deyil. 

Dövlət elə də güclü olmadığı, amma başında güclü lider durduğu halda amnistiyanın yetərincə müsbət effekt verdiyini biz ötən əsrin 90-cı illərinin ikinci yarısında gördük. Ulu Öndərin Prezidentliyi dönəmində tətbiq olunan ozamankı amnistiya aktları ölkədə sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərdi. Çünki bir tərəfdən güclü lider vardı, digər tərəfdən də onun tətbiqi dəqiq hüquq mexanizmi çərçivəsində baş vermişdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan həm dünyada, həm də regionda Amnistiya Aktından yetərincə uğurlu faydalanan çox az ölkələrdən biri sayılır. Niyə? Çünki bizdə o, məqsəd deyil, alətdir. Amma siyasi sövdələşmə aləti yox, humanist və sosial mahiyyətli alətdir. Azərbaycanda amnistiya düz 30 ildir ki, siyasi uzaqgörənliklə ancaq hüquq dəqiqliyi, ictimai konsensus və sosial məsuliyyət çərçivəsində reallaşdırılır. 

Qonşuları götürsək, 2012-ci ildə Gürcüstanda verilən amnistiya, minlərlə məhkumun eyni vaxtda azad olunmaları reinteqrasiya mexanizminin zəifliyi səbəbindən sonradan hakimiyyətin özünün də etiraf etdiyi kimi, ölkədə kriminogen duruma mənfi təsir göstərdi ki, bu da cəmiyyətdə narazılıqla qarşılandı. Ermənistanda da 2018-ci il inqilabından sonra yeni hakimiyyət rəğbət qazanmaq məqsədilə amnistiya elan etdi, amma burada siyasi motivli seleksiyaya yol verildiyindən hüquq bərabərliyi prinsipi zədələndi. Bir sözlə, amnistiya düşünülmüş şəkildə, dəqiq hüqüq çərçivəsi müəyyənləşdirilmədən, ictimai razılaşma və nəzarət olmadan aparıldıqda cinayət artır və ədalət mexanizmi sıradan çıxır”. 

Deputat bildirib ki, dövlət başçısının təşəbbüsü ilə irəli sürülən bu Amnistiya Aktında onun arzulanan nəticəni verməsi üçün qeyd edilən prinsiplərin nəzərə alındığını görürük: “Bu amnistiyanın digərlərindən daha çox, həm də əhəmiyyətli dərəcədə çox adamı əhatə etməsinə gəldikdə, məncə, səbəb onun hansı əlamətdar gün, yaxud faktla bağlı irəli sürülməsindədir. 

“Konstitusiya və Suverenlik İli"nə həsr olunan bu amnistiya Azərbaycanın apardığı azadlıq savaşının uğurla bitməsinə görədir. Ona görə də bu uğurun sevinc hissini təkcə amnistiyaya düşəcək adamlar və onların doğmaları yox, hamımız yaşamalıyıq. Azərbaycan yalnız təkmil deyil, həm də ən güclü və artıq deyə bilərik ki, toxunulmaz Konstitusiyası olan, öz torpaqları üzərində suverenliyini təmin edən, sırf milli maraqlarına dayanan müstəqil siyasət yeritməyi bacaran ölkələrin bəlkə də ilk onluğundadır. Və burada 44 günlük döyüş, ardınca aparılan əməliyyatlardan da çox, cəbhədəkindən qat-qat güclü, eyni zamanda da məkrli rəqiblərlə diplomatik müstəvidə aparılan savaş mühüm rol oynadı. Azərbaycan sülhü məhz diplomatik müstəvidə aparılan savaşda uddu ki, o da bu gün amnistiya təşəbbüsü ilə çıxış edən şəxsin, Müzəffər Ali Baş Diplomatımızın öz xalqı qarşısında heç vaxt unudulmayacaq növbəti xidmətidir!”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri