Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Amnistiya dövlət humanizminin parlaq təzahürüdür ŞƏRH

Amnistiya dövlət humanizminin parlaq təzahürüdür ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin fundamental dəyərlərinə, hüququn aliliyinə, milli suverenliyə və insan amilinə verilən ali qiymətin bariz ifadəsidir. Bu mühüm siyasi çərçivə daxilində cənab Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi ilə bağlı təşəbbüsü müasir Azərbaycan dövlətinin dayanıqlı inkişaf modelində humanizmin aparıcı ideoloji dayaqlardan biri olduğunu bir daha təsdiqləyir. Bu təşəbbüs təsadüfi deyil. Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, o, dövlət-vətəndaş münasibətlərinin mənəvi-siyasi fəlsəfəsidir. Suverenlik isə yalnız ərazi bütövlüyü ilə ölçülmür; suveren dövlət eyni zamanda öz vətəndaşına mərhəmət göstərmək, cəmiyyət daxilində sosial ədaləti və harmoniyanı qorumaq gücünə malik olmalıdır. Cənab Prezident İlham Əliyevin amnistiya təşəbbüsü məhz bu ali anlayışların vəhdətindən doğan strateji bir dövlət addımıdır.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri ümumbəşəri humanizm dəyərlərinə sadiqlikdir. Bu yanaşma Azərbaycan dövlətinin gücünü repressiv mexanizmlərdə deyil, ədalətli və mərhəmətli idarəetmədə gördüyünü nümayiş etdirir. Amnistiya təşəbbüsü cəza siyasətinin təkcə cəzalandırma deyil, eyni zamanda islah, yenidən cəmiyyətə inteqrasiya və sosial məsuliyyət prinsiplərinə söykəndiyini göstərir. Humanist dövlət anlayışı Prezident İlham Əliyevin siyasi kursunda ardıcıl və sistemli şəkildə öz əksini tapır. Bu kursda insan hüquqları abstrakt şüar deyil, konkret siyasi qərarlarla müşayiət olunan real dövlət praktikasıdır. Amnistiya da məhz bu praktik humanizmin ən təsirli alətlərindən biridir. Təqdim olunan amnistiya aktı miqyasına və əhatə dairəsinə görə müstəqil Azərbaycanın tarixində ən böyük humanist təşəbbüslərdən biri kimi dəyərləndirilir. Amnistiyanın minlərlə şəxsi əhatə edəcəyi gözlənilir. Bu isə təkcə hüquqi-statistik göstərici deyil, minlərlə ailənin sevincinə, ümidinə və sabaha inamına çevrilən böyük bir ictimai hadisədir. Amnistiya müəyyən kateqoriyadan olan məhkumlara – ilk dəfə az ağır cinayət törətmiş şəxslərə, cəzanın mühüm hissəsini çəkmiş məhkumlara, qadınlara, azyaşlı övladı olan şəxslərə, yaşlılara və sosial həssas qruplara şamil olunur. Bu seçim özü də dövlətin ədalətli və diferensial yanaşmasının göstəricisidir. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə humanist siyasətin ardıcıl və davamlı xarakter daşıdığını statistik faktlar da aydın şəkildə sübut edir. Ötən müddət ərzində 12 amnistiya aktının qəbul edilməsi və 71 əfv sərəncamının imzalanması Azərbaycan dövlətinin cəza siyasətində humanizm prinsipinin institusional səviyyəyə yüksəldiyini göstərir. Bu təşəbbüslər hər dəfə cəmiyyətə mühüm bir mesaj verir. Dövlət cəzalandırmaqla kifayətlənmir, eyni zamanda bağışlamağı, ikinci şans verməyi və insan taleyinə biganə qalmamağı bacarır. Bu isə sosial sabitliyin, ictimai etimadın və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir.

Amnistiya təşəbbüsünün bayram ərəfəsinə təsadüf etməsi onun mənəvi yükünü daha da artırır. Bu qərar minlərlə ailə üçün təkcə hüquqi akt deyil, gözlənilməz bir sevinc, illərlə çəkilən həsrətin sona çatması, parçalanmış ailə bağlarının bərpası deməkdir. Dövlətin humanist üzünü məhz belə məqamlarda insanlar daha dərindən hiss edir. Bu sevinc təkcə azadlığa çıxan şəxslərin ailələri ilə məhdudlaşmır. Bu sevinc bütövlükdə cəmiyyətin mənəvi atmosferinə təsir göstərir, sosial barışı və ictimai həmrəyliyi gücləndirir. Cənab Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü bir daha sübut edir ki, müasir Azərbaycan gücünü yalnız iqtisadi göstəricilərdə, hərbi potensialda və beynəlxalq nüfuzda deyil, eyni zamanda humanist dövlət idarəçiliyində tapır. Bu təşəbbüs hüquqi dövlət anlayışını mənəvi dəyərlərlə tamamlayan, suverenliyi insan amili ilə möhkəmləndirən strateji bir addımdır. Humanizmə söykənən bu siyasət Azərbaycanın dayanıqlı inkişafının, sosial sabitliyinin və milli birlik modelinin ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının bu addımı bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşına yalnız qanunla deyil, vicdanla da yanaşmağı bacarır.

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri