Amorim Raşford haqqında: 100 faizini verməyən oyunçudansa, 63 yaşlı qapıçı məşqçisini heyətə qoyaram
Icma.az, Fanat saytına istinadən bildirir.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim növbəti dəfə Markus Raşfordun oynamaması ilə bağlı sualı cavablandırmaq məcburiyyətində qalıb.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" 40 yaşlı portuqaliyalının dediklərini belə təqdim edib:
“Səbəb eynidir, həmişə olduğu kimi, səbəb məşqlərdir. Mən oyunçuların meydanda nə etməli olduğunu məşqdə görürəm. Hər gün bir detal üzə çıxır.
Odur ki, nəsə dəyişməsə, mən dəyişməyəcəyəm. Vəziyyət hər bir oyunçu üçün eynidir. Əlinizdən gələni etsəniz, düzgün işlər görsəniz, sizdən istifadə edəcəyik.
Bu gün bunu görürsünüz, ehtiyat oyunçular skamyasında olan oyunçularla oyunu dəyişmək, bəzi fiqurları hərəkət etdirmək üçün tempimiz çatışmır. Amma bu daha çox xoşuma gəlir. Mən əlindən gələni etməyən futbolçudansa, Vitalı ("Mançester Yunayted"in 63 yaşlı qapıçılar üzrə məşqçisi Xorxe Vital) heyətə qoymağı üstün tuturam. Ona görə də mən bu baxımdan dəyişməyəcəyəm”.
Qeyd edək ki, son turda “Fulhem”in qonağı olan “Mançester Yunayted” minimal hesablı qələbə qazanaraq xallarını 29-a çatdırıb və hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci yerdədir.
Mirağa
Baxış sayı:81
Bu xəbər 27 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















