Amrabat “Fənərbağça”dan ayrıldı, “Ayaks”a keçir
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mərakeş millisinin futbolçusu Sofyan Amrabat “Fənərbağça” ilə müqaviləsini vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edib.
İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azad agent statusu əldə etdikdən sonra “Ayaks”la şəxsi müqavilənin şərtləri barədə şifahi razılığa gəlib.
Amrabatla daha əvvəl ötən mövsüm icarə əsasında çıxış etdiyi “Betis” də maraqlanıb. O, La Liqada 17 oyunda meydana çıxıb. Lakin tərəflər arasında razılaşma əldə olunmayıb.
Mərakeşli futbolçu həmçinin Fars körfəzi regionundakı klubların maliyyə baxımından sərfəli təkliflərini rədd edərək karyerasını Avropada davam etdirməyə qərar verib.
Qeyd edək ki, Amrabat peşəkar karyerasının ilk illərində Niderlandda “Utrext” və “Feyenoord”un formasını geyinib.
Baxış sayı:111
Bu xəbər 30 Avqust 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















