Azərbaycanda İqtisadi Observatoriya yaradılacaq
Icma.az, Ayna saytına istinadən bildirir.
Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb.
AYNA.AZ xəbər verir ki, sənədi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İspaniyanın IE Universitetinin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar.
Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur.
İqtisadi Observatoriyanın fəaliyyəti çərçivəsində iqtisadi inkişaf meyillərinin, gələcək artıma təsir edən amillərin öyrənilməsi, iqtisadi monitorinqin və beynəlxalq müqayisələrin aparılması planlaşdırılır. Tədqiqat gündəliyi Azərbaycanın iqtisadi prioritetləri və IE Universitetinin akademik təcrübəsi nəzərə alınmaqla birgə müəyyən ediləcək.
Qeyd edək ki, IE Universiteti İspaniyada fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Universitet bakalavriat, magistratura və doktorantura, eləcə də rəhbər şəxslər üçün təhsil proqramları təklif edir. Onun fəaliyyəti təhsil, tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 27 Oktyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















