Icma.az
close
up
RU
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi VİDEO FOTO

Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi VİDEO FOTO

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amsterdamda keçirilən “Qırmızı Lalə” XI Avrasiya Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunub.
Demokrat.az xəbər verir ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə baş tutan xüsusi “Azərbaycan Günü”ndə rejissor Mirbala Səlimlinin böyük maraqla qarşılanan “Qırmızı bağ” filmi nümayiş etdirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi filmlərin iştirakı ilə reallaşan bu mədəniyyət layihəsi yerli sənətsevərlərin və Avropa ictimaiyyətinin diqqətini çəkib.
Tədbirin rəsmi açılışını edən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov qonaqları salamlayaraq festivalın əhəmiyyətindən, həmçinin Azərbaycan kinosunun tarixi inkişaf yolundan bəhs edib.
Baş katib Avropanın mərkəzində belə genişmiqyaslı mədəniyyət layihələrinin keçirilməsinin diaspor fəaliyyətinə və milli-mədəni irsimizin tanıdılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Qırmızı Lalə Film Festivalının nümayəndəsi Bülent Eren də çıxışında festivalın beynəlxalq mədəni əlaqələrin güclənməsindəki rolunu vurğulayıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında Niderland və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə toxunub. Səfir iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdəki münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirərək, bu növ humanitar layihələrin xalqlararası yaxınlaşmada körpü rolunu oynadığını qeyd edib. Diplomat Azərbaycan kinosunun və sənətinin Avropada nümayişinin ölkəmizin mədəni diplomatiyasının uğuru olduğunu xüsusi vurğulayıb.
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasi İdarə Heyətinin üzvləri olan Niderland nümayəndəsi Ofelya Babayeva, Finlandiya nümayəndəsi Arzu Oktay və Almaniya nümayəndəsi Elxan Kərimovun yaxından iştirakı ilə ərsəyə gələn layihənin təqdimatını Ülkər Gül və Umut Dəmirdaş Azərbaycan və ingilis dillərində aparıblar. Gecədə festival rəhbərliyi, eləcə də “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli daxil olmaqla media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecənin bədii hissəsində Avropanın tanınmış musiqi kollektivlərindən olan Jozsef Lendva simli alətlər qrupu səhnə alıb. Musiqiçilərin ifasında səslənən Azərbaycan və Avropa klassiklərinin ölməz əsərləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Bu cür layihələr Azərbaycanın zəngin mədəni irsinin Avropada daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kənan
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri