Amurda məscidi yandırdılar
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Avqustun 21-də axşam saatlarında Blaqoveşensk şəhərinin (Amur vilayəti) Sovetskaya küçəsində naməlum şəxs məscidi yandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər gənc oğlan məscidin qapısı ağzına naməlum bir əşya atıb və bunda sonra yanğın başlayıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub və yanğın artıq söndürülüb.
Yerli hakimiyyət orqanları insidentlə bağlı rəsmi məlumat verməyiblər.
Telegram kanalının verdiyi məlumata görə, yanğın təxminən 10 kvadratmetr ərazini əhatə edib.
Yanğın nəticəsində məscidin girişində yerləşən xalça və şəxsi əşyalar yanıb.

Şaxta baba papağı taxıb məscidi yandırdılar
26 Dekabr 2024 16:00
Komsomolsk na Amurda neft emalı zavodu yanır...
10 Aprel 2025 19:25
Amurda içərisində 43 nəfər olan təyyarə itib
24 İyul 2025 10:19
Amurda 48 nəfərin öldüyü hadisə yerindən görüntülər
24 İyul 2025 11:39
Xəzinə axtararkən meşə yandırdılar
11 May 2025 23:22

