Icma.az
close
up
RU
Ana dili: xalqın tarixi, milli kimliyin təyinatı

Ana dili: xalqın tarixi, milli kimliyin təyinatı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Müasir dilçilikdə Ana dili yalnız qrammatik və leksik sistem kimi deyil, millətin tarixi yaddaşını, mədəni kimliyini və dövlətçilik şüurunu formalaşdıran əsas amildir. Bundan başqa, dil insanın mənəvi-əxlaqi təzahürü, hissi-emosional durumu və  ruhi təcəllasını əks etdirən vasitədir. Məşhur dilçi alim Humboldt bunu dəqiq ifadə etmişdi. O yazırdı: "Dil xalqın ruhunun təzahürüdür: dil onun ruhu, ruh isə onun dilidir". Bu mənada, xüsusən, qloballaşma şəraitində, bütün mənəvi və intellektual dəyərlərin təmərküzləşdiyi dövrdə milli dillərin qorunması problemi bir çox dövlətlər üçün strateji xarakter alır. Azərbaycan Respublikasında Ana dilinin qorunması və inkişafı Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm yer tutur və bu istiqamətdə səsləndirilən fikirlər dilçilik baxımından böyük elmi maraq doğurur.

Prezidentin bu istiqamətdəki konsepsiyası təkcə ideoloji çağırış deyil, dövlət səviyyəsində düşünülmüş dil siyasəti modelidir. Bu modelin praktiki müstəvidə həyata keçirilməsi isə elm və təhsil sahəsində konkret təşəbbüslərlə müşayiət olunur. Bu baxımdan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın bir çox ölkələrdə (Pakistan, Serbiya, Rumıniya, Özbəkistan, Çin, Rusiya, Belarus, Macarıstan) dilimizin təbliği və yayılması məqsədilə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin  yaradılması təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir.

Bu, Azərbaycan dilinin daha geniş arealda yayılmasına və dayanıqlılığına yol açır. Azərbaycan dilinin işlək şəkildə xarici ölkələrdə yayılması (deyək ki, ilkin variantda, lap ibtidai formada) ciddi elmi-praktik əhəmiyyət daşıyır. Əcnəbi vətəndaşların dilimizlə təması respublikamıza davamlı və sürəkli marağı təmin edir. Azərbaycan həqiqətlərinin qlobal mənada dünyada təbliğ olunmasına ilkin şərait yaranır.

Azərbaycan dilinin leksik-qrammatik özəllikləri, çoxçalarlı ifadə funksiyaları, semantik dayanıqlığı, axıcılığı, poetik strukturu dilin mənimsənilmə vasitələrini asanlaşdırır, onun kütləviliyini təmin edir. Bütün bu cəhətlər xarici ölkələrdə dilimizə marağı artırır, onun yayılma arealını genişləndirir.

lll

Prezident İlham Əliyevin çıxışlarında Ana dili milləti birləşdirən, milli kimliyi qoruyan və dövlətçiliyi möhkəmləndirən əsas amil kimi təqdim olunur. Bu yanaşma sosiolinqvistikanın əsas prinsipləri ilə səsləşir. Sosiolinqvistika dilin cəmiyyətdə sosial funksiyalarını araşdırır və dili kollektiv identikliyin əsas göstəricisi kimi qəbul edir.

Prezidentin "Dil milləti millət edir" şüarı etnolinqvistik baxımdan dilin etnik şüurun formalaşmasında oynadığı rolu təsdiqləyir. Müstəmləkəçilik dövrlərinə istinad, müstəmləkəçilikdən sonrakı illərdə dilin milli müqavimət və kimlik qoruma xüsusiyyətini vurğulayan dövlət başçısı bütün bu keyfiyyətləri elmi dəqiqliklə dilçilik kontekstində izah edir. Xarici dillərin təsiri nəticəsində dilin müəyyən qatışıqlara məruz qalması Prezident tərəfindən milli kimliyin tədricən zəifləməsi təhlükəsi kimi qiymətləndirilir. Bu da dil ideologiyası anlayışı ilə izah olunur.

lll

Dövlətimizin başçısının çıxışlarında ana dilinin qorunmasının birbaşa dövlətin vəzifəsi kimi təqdim edilməsi strateji dil siyasətinin mövcudluğunu göstərir. Müasir dilçilikdə bu siyasət dövlətin dili normativləşdirmə, qoruma və inkişaf etdirmə mexanizmlərini əhatə edir. Prezidentin media nümayəndələrinə, ziyalılara və elm adamlarına ünvanladığı çağırışlar dilin ictimai diskursda düzgün istifadəsinin vacibliyini ön plana çıxarır. Bu yanaşma dilin yalnız məişət səviyyəsində deyil, elmi, mədəni və rəsmi müstəvilərdə də qorunmasını zəruri edir.

lll

Ana dili ilə bağlı Prezident İlham Əliyevin ortaya qoyduğu  konsepsiyanın praktiki və institusional davamı kimi akademik Kamal Abdullanın xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaratmaq təşəbbüsü xüsusilə diqqət çəkir. Bu təşəbbüs diaspor mühitində ana dilinin qorunması, yəni "heritage language" (miras dili) probleminə yönəlib. Bu mərkəzlər Azərbaycan dilinin normativ qaydalarının tədrisini təmin edir, dilin nəsillərarası ötürülməsini gücləndirir və milli-mədəni kimliyin qorunmasını formalaşdırır.

Prezidentin xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilməsi ilə bağlı arzusunun elmi əsasda reallaşdırılması, məhz bu mərkəzlər vasitəsilə mümkün olur. Bu arzu Ümummilli lider Heydər Əliyevin də siyasi prioritetlərindən birini təşkil edirdi. O, çıxışlarında, müraciətlərində, diaspor nümayəndələri ilə görüşlərində Azərbaycan dilinin öyrənilməsini, qorunub saxlanılmasını, ən azı, məişət səviyyəsində işləkliyinə nail olunmasını dəfələrlə bəyan etmişdi. O vurğulayırdı ki, xarici dilləri bilmək yaxşıdır, insanların inkişafına təkan verir. Amma birinci növbədə Ana dilini mükəmməl bilmək və onu qorumaq ən vacib vəzifə kimi qarşıda dayanır.

Qeyd etdiyimiz kimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə xarici ölkələrdə yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzləri diaspor mühitində dilin qorunması və inkişafı üçün model rolunu oynayır. Belə ki, 2018-ci ildə Serbiyanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb; 10 noyabr 2022-ci il tarixində Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb; 6 iyun 2022-ci il tarixində Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzi öz işinə başlayıb; 2 iyun 2025-ci il tarixində Özbəkistanın Cahan Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi yaradılıb. Burada "Azərbaycanın gənc dostları" adlı beynəlxalq layihə həyata keçirilir və 2025-2026-cı tədris ilindən etibarən Azərbaycan dili ayrıca fənn kimi tədris olunur. Eyni zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb, Rusiya A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir, Belarusun Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib, həmçinin 19 may 2024-cü il tarixində Macarıstanın Elte Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb.

Bu mərkəzlər Azərbaycan dilinin normativ formalarının tədrisini təmin edir, dilin nəsillərarası ötürülməsini gücləndirir və milli-mədəni kimliyin qorunmasına xidmət göstərir. Dilçilik baxımından bu model sosiolinqvistik davamlılığı təmin edir, dil planlaşdırılmasını həyata keçirir və milli diskursun qorunmasını dəstəkləyir, beləliklə, ana dilinin qlobal miqyasda qorunması və təbliği üçün praktik və institusional nümunə yaradır.

lll

Prezident İlham Əliyevin çıxışlarında Ana dili ilə əlaqədar irəli sürülən ideyalardan ibarət konseptual çərçivədə K.Abdullanın fəaliyyəti təhsil və elm müstəvisində həyata keçirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Bu uyğunluq da göstərir ki, Ana dilinin qorunması Azərbaycan üçün yalnız mədəni məsələ deyil, milli təhlükəsizlik və dövlətçilik siyasətidir.

Dilçilik baxımından bu model sosiolinqvistik davamlılığı təmin edir, dil planlaşdırılmasını həyata keçirir və milli diskursun qorunmasını dəstəkləyir.

Ana dili məsələsinə Prezident İlham Əliyevin baxışı müasir dilçilik nəzəriyyələri ilə uzlaşan sistemli bir konsepsiyadır. Akademik K.Abdullanın xaricdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaratması isə bu konsepsiyanın real və effektiv tətbiq formasıdır. Bu vəhdət Azərbaycan dilinin həm ölkə daxilində, həm də qlobal miqyasda qorunmasına və inkişafına xidmət edir.

Beləliklə, ana dilinin qorunması və inkişafı məsələsi dilçilik, siyasət və milli ideologiyanın kəsişmə nöqtəsində dayanır. Bu prosesdə dövlət iradəsi ilə elmi fəaliyyətin sintezi həlledici rol oynayır.

Loğman RƏŞİDZADƏ

Amalya MƏHƏRRƏMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri