Icma.az
close
up
RU
Ana dili milli kimliyin aynasıdır

Ana dili milli kimliyin aynasıdır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dili qədimliyi, zənginliyi, ahəngdarlığı, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Dilimizin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində, sovet rejiminin milli dilləri sıxışdırdığı bir vaxtda ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən ana dilinin qorunması və inkişafını dövlət siyasətinin prioritetlərindən hesab edir, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdırır, Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. Ana dilimizin gözəl bilicisi Ümummilli lider dönə-dönə qeyd edirdi ki, dil xalqın milli kimliyinin, mənəviyyatının və varlığının əsasıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.

1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra yeni Azərbaycan SSR Konstitusiyasının layihəsi hazırlanarkən Heydər Əliyev Azərbaycan dilinə dövlət statusunun verilməsi uğrunda qətiyyətli və prinsipial mübarizəyə başladı. Ümummilli lider bütün təzyiqlərə və maneələrə baxmayaraq, öz mövqeyindən bir addım belə geri çəkilmədi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyada öz təsdiqini tapdı. Maddədə deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.

1995-ci ildə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması birmənalı şəkildə öz əksini tapdı. Ulu öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu.

Ana dilinə həssas münasibət xalqımızın bütövlüyünün, milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı milli kimliyinin təsdiqi, ölkənin qüdrətinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün Azərbaycan dilinin dövlət statusunda azad və müstəqil şəkildə yaşaması, inkişaf etməsi, beynəlxalq aləmdə tanınması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyev ana dilimizi yalnız qorumaqla kifayətlənmədi, onu yüksəltdi, hüquqi, siyasi və mənəvi status qazandırdı. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Bu gün də ana dilimizin qorunması davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamları üzrə atılan mühüm addımlar ana dilimizin saflığı və daha da zənginləşməsinə xidmət edir. Dövlət başçısı, həmçinin milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğuna dəfələrlə diqqət çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, milli adət-ənənələrə xüsusi ehtiramla yanaşıb.

Prezident İlham Əliyevin ana dilinə verdiyi dəyər, onun qorunması və inkişafı naminə göstərdiyi ardıcıl səylər xalqımızın mənəvi yaddaşının qorunmasına yönəlmişdir. Azərbaycan dilinin müstəqil dövlətin rəsmi dili, beynəlxalq aləmdə tanınan bir ünsiyyət vasitəsi və milli-mənəvi irsimizin əsas sütunu kimi inkişaf etməsi gələcəyə yönəlik tarixi nailiyyətlərimizdir. Ölkə başçısının Azərbaycan dili haqqında fikirləri də ana dilimizə hörmət və qayğının göstəricisidir: “Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Milli varlığımızı özündə təcəssüm etdirən ana dilimizi göz bəbəyi kimi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri