Icma.az
close
up
RU
Ana dili milli kimliyin və dövlətçiliyin əsası...

Ana dili milli kimliyin və dövlətçiliyin əsası...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: Bizim dilimiz böyük xalqın dilidir

Qloballaşma dövründə milli dövlətlər və ayrı-ayrı xalqlar üçün bir sıra mühüm çağırışlar yaranıb ki, onlardan biri də ana dilinin qorunması ilə bağlıdır. Dünyanı bir ovuc içinə sığışdıran internetin sürətlə inkişafının nəticəsi olaraq inteqrasiyanın intensivləşməsi milli dillər üçün böyük təhdidlər yaradır.

Belə bir şəraitdə hər bir dövlət, hər bir xalq öz dilini qorumaq qayğısına qalmalıdır. Təsadüfi deyildir ki. Prezident İlham Əliyev indiki şəraitdə ana dilinin qorunması məsələsini həm noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən iclasda, həm də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bütün ciddiliyi ilə gündəmə gətirib.

Azərbaycan dili çox zəngin, çox melodik və gözəl dildir

Bu gün Azərbaycan dili müstəqil respublikamızın rəsmi dövlət dili statusuna malikdir. Dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasına və yüksək status qazanmasınadək isə uzun yol keçilib, bir sıra ciddi maneələr dəf edilib. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində xalqımızın tarixin müxtəlif dönəmlərində yaşadığı taleyə diqqət çəkib. Nə demək olar, qismətimizə ağır tale düşüb. Təzada baxın ki, biz həm əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, həm də əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq.  Xalqımız qədim zamanlarda, eləcə də Rusiya və fars imperiyaları dövrlərində çətin sınaqlarla üzləşib.  Təxminən 70 il davam edən sovet rejimi də müstəmləkəçiliyin başqa bir forması idi. Bu rejimin sərt ideoloji buxovları hələ də yaddaşlardan çıxmayıb. Təbii ki, müstəmləkə quruluşları xalqımızın milli-mənəvi dəyərlər sisteminə, o cümlədən də dilimizə təsirsiz ötüşməyib. Bununla belə, biz dilimizi yaşatmağa nail olmuşuq. Müstəqillik dövründə hər sahədə uğurlar qazandığımız kimi, zamanında dilimizə olan yad təsirləri də azaldırıq.

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəm?lərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılıb. Tarixin sınaqlarından çıxan gözəl ənənələrimiz, milli-mənəvi dəyərlərimiz məhz bu dildə cilalanaraq qərinələrin sınaqlarından çıxmış, nəsillərdən-nəsillərə ötürülmüş və bu günümüzədək gəlib çatmışdır. Bu gün biz bir xalq kimi varıqsa, Vətənimizin sorağı dünya arenalarından gəlirsə, buna görə məhz Azərbaycan dilinə borcluyuq. “...Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir”, - deyə Prezident İlham Əliyev Azərbaycan dilinə özünün yüksək münasibətini ifadə edib.

Ana dilinin qorunması hər bir vətəndaşın və dövlətin vəzifəsidir

Müasir dünya qlobalizmə əsaslır - bugünkü dünyada qapalı məkanda yaşamaq mümkünsüzdür. Təmaslar qaçılmazdır, internet resursları, sosial şəbəkələr həyatımıza möhkəm daxil olub. Belə şəraitdə istər-istəməz bizim dilimizə də kənar təsirlər yol tapır, dilimizə xarici kəlmələr daxil olur və onlardan istifadə edilir. Bunu məqbul saymaq mümkün deyil. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir -  dilimizi pozur. Bu proses bəlkə də hiss olunmayacaq dərəcədə yavaş gedir. Bununla belə, Prezident İlham Əliyevin bildirdiyi kimi, dilimizi damcı-damcı sarsıdır. Bu isə böyük fəsadlara yol aça bilər. “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Fikirlərinə davam edən Prezident İlham Əliyev respublikamızda Azərbaycan dilinin qoruyucusunun Azərbaycan dövləti olduğuna da xüsusi vurğu edib. Həqiqətən də, müstəqillik dövründə Azərbaycan dilinin saflığının qorunması və statusunun möhkəmlənddirlməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu sahədə dövlət siyasətinin əsası Azərbaycan dilinin sözün əsl mənasında təəssübkeşi olan Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hələ keçmiş sovet dönəmində SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. O dövrdə belə bir fikir ifadə etmək böyük cəsarət və milli təəssübkeşlik nümunəsi idi. Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən  Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaksiyada verilməsi təklifini irəli sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu ana dilinə qayğı siyasəti son iyirimi ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirlir. Prezident İlham Əliyev qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunmasını, saflığının təmin edilməsini hədəfləyən bir sıra sənədlər imzalayıb.  Dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları,  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Xaricdə yaşayan soydaşlarımız da ana dilini mükəmməl bilməlidirlər

Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev, həmçinin xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilmələri məsələsinə  diqqət çəkib. Təəssüf doğuran haldır ki, xaricdə yaşayan azərbaycanlıların bir çoxu ana dilini məişət səviyyəsində bilirlər və bu tendensiya nəsillər dəyişdikcə daha da dərinləşir.

Bunun bir sıra səbəbləri var. Məsələn, azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan dilində tədris verən məktəblər yoxdur. Bunu ədalətsizlik kimi dəyərləndirən Prezident İlham  Əliyev vurğulayıb:  “Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri