Icma.az
close
up
RU
Ana dili: xalqın tarixi, mədəniyyəti və gələcəyi

Ana dili: xalqın tarixi, mədəniyyəti və gələcəyi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmişdi. Hətta SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. O dövrdə milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz qalmışdılar. Amma bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyə nail olmuşdu.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olunub: “1978-ci il Konstitusiyasında Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edildi. Yenidən öz müstəqilliyinə qovuşan Azərbaycanın 1995-ci ildə Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi. Beləliklə, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.
Deputat bildirib ki, 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır: “Sözsüz ki, bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu kontekstdə Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamını xüsusi ilə qeyd etmək olar. Məhz həmin bu Sərəncam əsasında 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb. Bununla yanaşı Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamını təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir”.
Sevinc Hüseynova hesab edir ki, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Sözsüz ki, Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri var. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxış elm və dövlətçilik məsələləri ilə yanaşı, Azərbaycan dilinin gələcəyi baxımından da xüsusi əhəmiyyət daşıyan mesajlarla yadda qaldı. Dövlət başçısının ana dilimizin qorunması, inkişaf etdirilməsi və saflığının saxlanılması ilə bağlı səsləndirdiyi fikirlər strateji xarakter daşımaqla yanaşı, cəmiyyət qarşısında duran mühüm vəzifələri də bir daha gündəmə gətirdi.
Azərbaycan dili xalqımızın çoxəsrlik tarixini, milli-mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən mühüm sərvətlərdən biridir. Bu dil əsrlər ərzində formalaşaraq zənginləşmiş, ədəbi ənənələrini qoruyub saxlamış və dövlət müstəqilliyimizin əsas rəmzlərindən birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı üçün ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyi, tarixi kökləri və mənsubiyyət hissini qoruyan əsas amildir.
Müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi ölkə siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu sahədə qəbul edilən qanunlar, dövlət proqramları və digər hüquqi sənədlər ana dilinin inkişafına, onun tətbiq imkanlarının genişlənməsinə, ədəbi dil normalarının qorunmasına və terminoloji bazanın zənginləşdirilməsinə mühüm töhfə verib. Nəticədə Azərbaycan dili dövlət idarəçiliyindən təhsilə, elmdən mediaya qədər bütün sahələrdə öz mövqeyini daha da möhkəmləndirib.
Ölkəmizin başçısının da bəyan etdiyi kimi Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının və ya mütəxəssislərin işi deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Dilimizin zənginliyinin və saflığının gələcək nəsillərə çatdırılması üçün hər bir vətəndaş ana dilinə həssas yanaşmalı, onu düzgün və ədəbi normalara uyğun şəkildə işlətməlidir.
Sözsüz ki, qloballaşma şəraitində Azərbaycan dilinin xarici təsirlərdən qorunması da bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycan dili zəngin söz ehtiyatına və geniş ifadə imkanlarına malikdir. Buna görə də yeni anlayışların ifadəsində ilk növbədə dilimizin daxili imkanlarından istifadə edilməli, onun leksik və üslubi zənginliyi qorunmalıdır.
Həmçinin Azərbaycan dilinin elmdə, təhsildə, mədəniyyətdə, informasiya məkanında və gündəlik ictimai münasibətlərdə düzgün tətbiqinin vacibliyi də olduqca önəmlidir. Xüsusilə kütləvi informasiya vasitələrinin, təhsil müəssisələrinin və elmi ictimaiyyətin ədəbi dil normalarının təbliği və qorunması istiqamətində daha məsuliyyətli fəaliyyət göstərməsi zəruridir.
Bu baxımdan da cənab Prezidentin AMEA-dakı çıxışı bir daha göstərdi ki, ana dilinin qorunması yalnız dilçilik məsələsi deyil, həm də milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsidir. Azərbaycan dilinin saflığını qorumaq, onun zəngin imkanlarını gələcək nəsillərə ötürmək və bütün sahələrdə nüfuzunu artırmaq hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Ana dilinə göstərilən qayğı əslində xalqın tarixinə, mədəniyyətinə və gələcəyinə göstərilən hörmətin ifadəsidir” – deyə, o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri