Icma.az
close
up
RU
Ana dilinin qorunması və inkişafına dövlət səviyyəsində ardıcıl dəstək göstərilir

Ana dilinin qorunması və inkişafına dövlət səviyyəsində ardıcıl dəstək göstərilir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın sayılıb seçilən siyasətçi və dövlət xadimlərindən biri Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində milli-mənəvi inkişafa qayğı mühüm yer tutmuşdur. Milli-mənəvi inkişafı elm və təhsil siyasəti, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq və soykökə qayıdış, gənclər siyasəti kimi kateqoriyalara ayırmaq olar. Bunların içərisində milli-mənəvi dəyərlərin qorunması strateji hədəf olub, siyasi fəaliyyətin əsas xəttini, məramını və məqsədini təşkil edir.

Heydər Əliyev Azərbaycan Respublikası gənclərinin birinci forumundakı söylədiyi “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”, sözlərində milli-mənəvi dəyərlərə verilən yüksək qiymət öz parlaq ifadəsini tapmışdır.
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində doğma dilimizin rolu olduqca böyükdür. Məlumdur ki, sovet hakimiyyəti illərində bütün milli dillər kimi Azərbaycan dilinə münasibətdə də böyük ədalətsizliklərə yol verilmiş, ayrı-ayrı vaxtlarda isə Azərbaycan dilinin qanuni hüququnun özünə qaytarılması üçün göstərilən cəhdlər Mərkəzin ciddi müqaviməti ilə qarşılaşmışdı. Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul olunarkən, orada Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu, lakin Sovetlər İttifaqının ümumi dili rus dili hakim dil olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi yolunda çoxlu maneələr yaradılmışdı. 70-ci illərin sonlarında Heydər Əliyevin təşşəbüsü ilə dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının nəticəsi idi. Yalnız müstəqillik illərində Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı, eyni zamanda doğma dilimiz barədə əvvəllər yol verilmiş nöqsanlara son qoyuldu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasında (maddə 21) təsbit olundu ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Azərbaycan dilinin dövlət dili statusunda təkcə azərbaycanlılara deyil, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni dərəcədə sədaqətlə xidmət etməsi, milli-mənəvi dəyərlərimizin qorunması və tərəqqisi baxımından yeni və mühüm bir mərhələni təşkil edir.
Hər bir millətin inkişafinda onun varlığı və yaşama amili olan dilinin müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili hər bir xalqın varlığı üçün başqa bütün amillərdən uca tutulurdu. Heydər Əliyevin ana dilinə olan qayğısı bütün hakimiyyəti boyu davam etmişdir. Dövlət başçısının “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanlarını buna misal göstərmək olar. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım idi.
Heydər Əliyevin fəaliyyətində milli dil siyasəti həmişə mühüm mövqe, aparıcı yer tutmuş və o, Azərbaycan dilinin zənginliyinə, bədii estetik qaynaqlarına, mürəkkəb fəlsəfi məntiq tutumuna, zəngin ifadə imkanlarına, güclü söz ehtiyatına dərindən bələd olduğu üçün həmişə bu böyük ümummilli sərvətin keşiyində dayanmış, onun cəsarətli müdafiəçisi, səmimi təəssübkeşi olmuşdur. Onun Milli televiziya ilə göstərilən iclaslarda, ümumrespublika toplantılarında rusdilli müraciətlərə dəfələrlə etiraz etməsi, doğma dildə qusurla danışan nazirləri danlaması, çox nüfuzlu beynəlxalq görüşlərdə Azərbaycan dilində danışması, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalaması Heydər Əliyevin dilə sonsuz qayğısının parlaq nümunəsidir. Heydər Əliyev öz ana dilinə, doğma Azərbaycan dilinə sahib çıxan, Azərbaycan dilinin keşiyində dayanan bir rəhbər idi. Müstəqil Azərbaycan Respublikasının dövlət dili-Azərbaycan dili Heydər Əliyevin qətiyyətli çıxışlarında, nitq mədəniyyətində bütün gücü, qüdrəti ilə görünür. Heydər Əliyevin nitqləri canlı Azərbaycan dili abidələridir.
Heydər Əliyevin ana dilimizə bu qədər sonsuz məhəbbətlə yanaşması, onu sevməsi, beynəlxalq tribunalarda, yüksək səviyyəli görüşlərdə bu dildə danışması həm Ulu Öndərə sonsuz məhhəbət oyadır, həm onları doğma dili onun qədər sevməyə, öyrənməyə çağırır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ana dili siyasəti cənab Prezident İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqətdə saxladığı əsas məsələlərdəndir. Cənab İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, eyni zamanda əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ölkəmizdə dövlət dili istiqamətində aparılan məqsədyönlü siyasətin davamıdır. Bu, həmçinin özünəməxsus davamlı ənənələrə, möhkəm prinsiplərə, zəngin söz ehtiyatına malik dilimizin yad təsirlərdən qorunmasına xidmət edir. Bu fərman Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və saflığının qorunması kimi vəzifələri özündə ehtiva edir.
Məqaləni Prezident İlham Əliyevin fikri ilə bitimək yerinə düşər: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri