Icma.az
close
up
RU
Ana oğul böyütmüşdü...

Ana oğul böyütmüşdü...

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ələkbər İsgəndər oğlu Ələsgərov 1998-ci il sentyabr ayının 3-də Bakı şəhərində anadan olub. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirib. Həmin il Azərbaycan dənizçilik kollecinə daxil olduqdan sonra müddətli həqiqi hərb keçib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

2020-ci il oktyabrın 1-də Füzulinin Alxanlı kəndi uğrunda qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanlığında dəfn edilib. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Ələkbər biz evlənəndən 17 il sonra doğulub. 22 yaşında itirdik onu... Hər işində dəstək olmağa çalışırdım”. Ələkbər Ələsgərovun atası İsgəndər Ələsgərov belə deyir. Ardını gətirə bilmir, “Qoy anası danışsın”. Sveta Ağayeva bildirir: – Ələkbər, eləcə də qardaşı uşaqlıqdan əsgər paltarı geyinməyi xoşlayırdılar, taxtadan tapança düzəldirdilər. Ələkbər həmişə əlini kürəyimə vurub deyirdi ki, görərsən, necə oğlanlar böyütmüsən, torpaqlarımızı biz alacağıq. Nə qədər desəm də ki, torpaqlar sülh yolu ilə alınacaq, dediyindən dönmürdü. Deyirdi, şəhid olsam, Çingiz Mustafayevin “Ana, mən şəhid oldum” mahnısını qoyub qulaq asarsan. Dediyi oldu. Sanki oğlum şəhid olmaq üçün yaşamışdı.

Sveta Ağayeva danışır ki, Horadiz tərəfdəki hərbi hissədə xidmət etmiş Ələkbər general-mayor Polad Həşimov həlak olandan sonra könüllü olaraq orduya yazılıb: – Sentyabrın 21-i telefonuna zəng gəldi ki, hərbi komissarlıqda olmalısan. Mən ona nə sarıldım, nə də görüşdüm. Dedi, təlimə gedib qayıdacam. Amma son gedişi oldu... Cəmi 2 dəfə zəng vurdu, Füzulidə olduğunu dedi. Soruşurduq necəsən, bizim qorxmamağımız üçün düzünü demirdi. Amma atışma səslərini eşidirdim. Oktyabrın 1-də zəng gəldi, Ələkbərin anası olub-olmadığımı soruşdular və heç nə demədən dəstəyi asdılar. Başa düşdüm ki, pis bir şey olub. Sonra evə polis gəldi, onun arxasınca çıxanda küçədə böyük bir izdiham gördüm. Hər şey aydın idi, oğlum şəhid olmuşdu…

Müşfiq CƏFƏROV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri