Icma.az
close
up
RU
Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ötən həftə ana ilə qızının eyni ildə ali məktəbdən məzun olması xəbəri medianın maraq doğuran mövzusuna çevrildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Aygün Qasımova və Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini bitirən qızı Nərmin Qasımovanın məzun fotoları sosial platformalarda da böyük maraqla qarşılandı.

Bu, təkcə iyirmi il gecikmiş bir arzunun gerçəkləşməsi deyil, həm də ailə dəstəyinin gücü və təhsilin insan həyatını dəyişən təsirindən yoğurulan həyat hekayəsidir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Redaksiyamızda qonaq olan məzunlar bu hekayəni özləri danışdılar.

"Amma ürəyimdə oxumaq arzusu qalmışdı"

Aygün Qasımovanın həyatı həqiqətən ürəyində oxumaq arzusu olan, amma müxtəlif səbəblərdən bunu reallaşdıra bilməyən xanımlar üçün əsl örnəkdir. O bu arzusuna nə az-nə çox, düz 20 ildən sonra çatıb. Təbii ki, illər sonra təhsilə qayıtmaq qərarı həm cəsarət, həm də böyük iradə tələb edirdi:

"Sabirabadda müəllim ailəsində doğulmuşam. İbtidai sinif müəllimim anam olub. Uşaq vaxtı ona "müəllim ana" deyirdim. Atam riyaziyyatçı olduğundan mənim də riyaziyyatçı olmağımı istəyirdi. Orta məktəbi bitirəndən sonra sənədlərimi ali məktəbə versəm də, az bal topladığım üçün qəbul ola bilmədim. Amma bu arzu məni tərk etmədi".

A.Qasımova sonradan ailə qurduğu üçün arzusunun arxasınca gedə bilməyib. Özünü ailəsinə həsr edib. Üç övladı dünyaya gəlib, onların tərbiyəsi, qayğıları ilə məşğul olub:

"Amma ürəyimdə oxumaq arzusu qalmışdı. Həmişə psixoloji şəxsi inkişaf kitabları alıb mütaliə edirdim. Böyük qızım Nərmin universitetə hazırlaşanda oxumaq arzum daha da gücləndi. İnsanın həyata keçməyən arzusu içində natamamlıq hissi yaradır. Son illər bu hiss məni daha çox narahat edirdi. Ailəmdə heç bir problemim yox idi, maddi vəziyyətimiz də yaxşı idi. Amma içimdəki boşluğu hiss edirdim. Qızım hazırlaşan vaxt - "mən də oxumaq istəyirəm", - deyəndə yoldaşımın: "səni dəstəkləyirəm", - deməsi əsl motivasiya oldu. O özü də vaxtilə qəbul imtahanından kəsilmişdi. Atası, qardaşı həkim idi, o isə təhsilini davam etdirə bilməmişdi, ticarətlə məşğul olurdu. Oxumaq arzusu onu da tərk etməmişdi. Buna görə də bizim təhsilimiz üçün çalışdı".

"Qızıma "mən də səninlə birlikdə hazırlaşım", - dedim"

Qızı Nərmin qəbula hazırlaşanda Aygün xanım da masanın digər başında oturub:

"Nərmin 10-cu sinifdə oxumağa başlayanda - "mən də səninlə birlikdə hazırlaşım", - dedim. Buna daxilən hazır olduğumu hiss etdim. Kiçik qızımı məktəbəhazırlığa aparıb onu çöldə gözləyəndə vaxtımın boşa getməməsi üçün "YouTube"dan dərslərə baxırdım. Eyni zamanda, rus dili fənni üzrə hazırlığa gedir, 11-ci sinif uşaqları ilə birlikdə hazırlaşırdım. Sonradan o uşaqların hamısından çox bal topladım. Evdə də digər fənlərə özüm hazırlaşır, bilmədiklərimi Nərmindən soruşurdum. Buraxılış imtahanından 180-dən çox bal topladım. Blok imtahanını da verib ümumi 389 balla ADPU-da təhsildə sosial psixologiya xidməti ixtisasını seçdim".

A.Qasımovanın hekayəsi ürəyində oxumaq arzusu olan, amma bu addımı atmağa cəsarət etməyən və ya sonraya saxlayan adamlar üçün gözəl nümunədir:

"Mən Salyan rayonunda yaşayırdım. Çöl-bayır tanımırdım. Birdən-birə əyani oxumaq istəyim hamıya təəccüblü gəldi. Amma öz içimdə artıq buna hazır idim. İnsanın hədəfi olanda onu heç nə qorxutmur. Bir addım atanda artıq bütün qapılar və fürsətlər sənə açılır. Ətrafda da səni dəstəkləyən insanlar çıxır. Əgər bu sənin xəyalındırsa, cəsarət göstərməlisən".

Sonrakı mərhələdə Aygünün həyat yoldaşı da ailəsi üçün fədakarlığını davam etdirib: özü rayonda yaşayıb işləsə də, Bakıda onlar üçün mənzil alıb, maddi və mənəvi dəstəyini əsirgəməyib:

"Kiçik qızımı 1-ci sinfə yola saldım, özüm də universitetin 1-ci kursunda təhsil almağa başladım".

A.Qasımova ali məktəbi oxuduğu qrupdan məzun olan 26 nəfər arasında fərqlənmə diplomu alan dörd məzundan biri kimi başa vurub. O, "Heç vaxt gec deyil!" fikirlərini həyat şüarına çevirib:

"Gecdir" sözü insanın öz beynində qoyduğu sərhəddir. Öz istəyinin ardınca getmək istəyəndə elə bil gözəgörünməz bir əl hər şeyi yoluna qoyur. "Mən o yaşda oxumalıydım, bu yaşda yox", - deyə bir qayda yoxdur. Həyatı canlı yaşamaq istəyirsənsə, istəyini reallaşdıranda o canlılıq da həyatına qatılır. Mən oxumağa başlayanda elə bil ikinci həyatı yaşadım. Bu, yeni bir həyat idi".

"Bu yaşda oxumağı neynirsən?"

A.Qasımova deyir ki, illər sonra ali məktəbə qəbul olmasına birmənalı yanaşmayanlar da olub:

"Yaşlı vaxtında oxumağı neynirsən?" - deyənlər də vardı. Atam - "Sən ailənə çox bağlısan, qiyabi oxusan daha yaxşıdır. Fikrin uşaqlarının yanında qalacaq", - dedi. Amma mən tələbə həyatını hiss etmək istəyirdim. İşimi planlı qurdum və öhdəsindən gəldim. Digər iki qızım da əlaçıdır. İçimdəki reallaşmayan arzuya can verdim, o da mənə enerji verdi. Məncə, "hər şərait düzəlsin, sonra arzumun dalıyca gedim", - deyə düşünmək yanlışdır. Oxumaq mənim həyatımda çox şeyi dəyişdi. Sevinirəm ki, ali məktəbə qəbul olmağım çox insana motivasiya oldu".

Psixoloq işləmək haqqında düşünür

A.Qasımova hazırda psixoloq işləmək haqqında düşünür:

"Yoldaşım magistraturada da oxu", - deyir. Amma mən işləmək, ailəmə dəstək olmaq istəyirəm. Hazırda Proqramlaşdırma və İnformatika Qruplarına (PİQ) imtahan vermək üçün hazırlaşıram. Təcrübə müddətində müşahidə etdim ki, məktəblərdə bu işə böyük ehtiyac var. Mərkəzlərdə işləmək üçün vakansiyalara baxanda əsasən 40 yaş həddi ilə qarşılaşırsan. Dövlət məktəblərində isə belə bir məhdudiyyət yoxdur".

Heç vaxt unudulmayacaq gün

Qızı Nərmin isə hazırda magistratura imtahanı verib ixtisas seçimini gözləyir:

"Anam mənim dostumdur. Birgə tələbə olmağımız bizi həm də dostlaşdırdı".

Nərmin "Məzun günü"nü qürurla xatırlayır:

"Bu, həyatımızda heç vaxt unutmayacağım gün oldu. Bizi məzun çəkilişi üçün Filarmoniya bağına aparmışdılar. Təsadüfən anamgilin də qrupunu o bağa gətirdilər. Təsadüfən hər ikimiz məzun mantiyası və papağında bağda görüşdük və birgə foto çəkdirdik. Bu, qürur dolu bir an idi…"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyul 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri