Icma.az
close
up
RU
12 il sonra Sevgililər günündə gerçəkləşən arzu Fotolar

12 il sonra Sevgililər günündə gerçəkləşən arzu Fotolar

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Abbas Bağırov 12 il sonra yenidən solo konsert verib. 

Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında gerçəkləşən gecədə müğənnini Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi "Qaytağı" qrupu müşayiət edib. 

Gecəyə "Cənnətdir Bakı" mahnısı ilə başlayan Bağırov bir-birinin ardınca mahnılarını səsləndirib. İfaçı tamaşaçılarla söhbətlər edərək, mahnılarının tarixcəsindən bəhs edib. 

Həyəcanını gizlədə bilməyən Abbas "Bu günü 12 ildir gözləyirdim. Nəhayət Sevgililər gününə təsadüf etdi. Mənim üçün sevginin günü, ayı yoxdur. Sevgi mənim üçün hər gün və hər andır. Bu gün sizin sevginiz mənim üçün dünən də, bu gün də var, sabah da olacaq. Bu gün üzərində böyük bir komanda çalışıb. Hamıya təşəkkür edirəm. Ənvər Sadıqov mənim ustadımdır. Bu gün bu səhnədə durmağımın səbəbkarıdır. Eyni zamanda ailəmə təşəkkür edirəm, bu gün buradadırlar" sözlərini deyib. 

Bir-birinin ardınca müğənni "Necə unudum səni", "Mənə yad olan tanış", "Aləm gözəl", "Ayrılıq", "Danma", "Gəncə", "Qızım" mahnılarını ifa edib. Gecədə "Şükriyyə" mahnısını oxuyan sənətçiyə Xalq artisti Emil Əfrasiyab sürpriz edib. O, səhnəyə gələrək pianoda Abbası müşayiət edib.  

"Dünyanın ən xoşbəxt insanıyam. çünki xoşbəxt bir ailədə böyümüşəm, xoşbəxt bir ailənin sahibiyəm. Bir də sevənlərimə sahibəm. Mahnılarımda bəzi sözlər var, onların heç birini yaşamamışam" deyə, Bağırov tamaşaçılarla söhbətində əlavə edib. 

Gecədə oğulları Raul və Murad səhnəyə çıxaraq, Abbasa sürpriz ediblər. Üç dəfə libasını dəyişən Abbas "Fasilə vermədik. Əslində hər iki ifadan sonra geyimimi dəyişməli idim, amma etmədim. İstədik gecə ancaq musiqi ilə dolu olsun" deyə, söyləyib. 

Gecədə onu izləməyə gələnlər arasında Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Xalq artisti Aygün Səmədzadə, Bəstəkar Xanım İsmayılqızı yer alıblar. 

İfaçı gecədə onu izləməyə gələnlər arasında şəhid ailəli olduğunu deyib. 

Foto: İlqam Cəbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Fevral 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri