Icma.az
close
up
RU
Ana səhv diaqnoza görə körpəsini itirib? AÇIQLAMA

Ana səhv diaqnoza görə körpəsini itirib? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Sabunçu rayonu Maştağa qəsəbəsindəki 7 nömrəli doğum evi uşağımın qüsurunu əvvəldən demədi. Nəticədə 7 aylıq körpəm tələf oldu”. 
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Aygün Paşayeva müraciət edib. 
O iddia edib ki, bətnindəki 7 aylıq uşağın doğum zamanının yaxınlaşdığını düşünərək xəstəxanaya müayinəyə gedib, amma həkimlər düzgün diaqnoz qoymayıb: “Yoxlanışa getdim, həkim dərman yazdı və heç bir problemin olmadığını bildirdi. Hətta gülərək dedilər ki, uşağın başı bir az böyükdür. Bundan sonra 3 ayrı özəl xəstəxanaya getdim. Orada artıq bildirildi ki, bu uşaq qüsurludur. Əgər, götüzdürməsəniz, problemlər olacaq”.
Aygün Paşayeva bundan sonra əvvəldən müalicə aldığı 7 nömrəli doğum evinə yollanıb: “USM həkimi Solmaz Demirçəlova ilə aramızda münaqişə yarandı. Buna görə ki, mənim uşağımda qüsur olduğunu əvvəldən demədilər. 4 gün fərqlə axı necə qüsuru görə bilməzlər? Mən o yoxlanışdan 4 gün sonra digər xəstəxanalarda yoxlanışda olmuşam. Bu necə ola bilər?! 
Guya ki, mən aparatı qırmışam. Bütün bu münaqişələrdən sonra TƏBİB-dən məni Respublika Kliniki Tibb Mərkəzinə yönləndirdilər. Bizim də razılığımızla uşaq götüzdürüldü. Nəticədə övladım tələf oldu”. 
İddialara cavab tapmaq məqsədilə adıçəkilən 7 saylı doğum evinin USM həkimi Solmaz Dəmirçəlovla əlaqə saxladıq. Həkimin sözlərinə görə, o, anaya əvvəlcədən problemin olduğunu desə də, A.Paşayeva buna məhəl qoymayıb: “İddiaların hamısı əsassızdır. Məsələ o vaxtdan bəri təhlil olunub və bağlanıb. O xanım uzun müddət Türkiyədə yaşayıb, orada da dəfələrlə USM-dən keçib. Öz həkimi Kəmalə xanım olub. Xanımda pis vərdişlər var idi. Gələndə dedim ki, uşağın başı “limon” şəklindədir. Beyin strukturunda hər şey qaydasındadır, amma yenə də ona bildirdim ki, 4B aparatından yoxlanışdan keçin. Mən onun üçün başqa həkimlə danışdım ki, gedib yoxlatdırsın, getmədi. Başqa özəl klinikada da mənim kimi eyni diaqnozu qoyublar.
Yəni, uşaqda “limon” sindromu varsa, doğuş sonlandırıla bilər. Mən ona nə qədər desəm də, həmin yoxlanışa girmədi. Onun ailə problemləri də var idi, uşağı dünyaya gətirməmək üçün min yola əl atdı. Mənim otağımı gəlib çox pis günə qoydu. Otağımdakı aparatları, texnikaları sındırdı, maddi ziyan vurdu. Bununla bağlı polisə də müraciət etdim və söhbət bağlandı”.



 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Dekabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri