Icma.az
close
up
RU
Ana ŞEİR

Ana ŞEİR

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağaran saçının hər zərrəsində,

Çəkdiyin əziyyət görünür, ana.

Başıma hər dəfə sığal çəkəndə,

Ruhum xoşbəxtliyə bürünür, ana.

Yalan söz olmayıb dilində sənin,

Bunu öyrənmişəm özünnən sənin.

Min dərd yuklənsə də çiyinlərinə,

Bunu duymamışam gözünnən sənin.

Ömrünün ən gözəl gümrah cağında,

Bizi böyütmək üçün sərf eyləmisən.

Nə qədər səhvimizi görəndə yenə,

Bizi bağışlayıb əfv eyləmisən.

Dursam qulluğunda hər zaman sənin,

Haqqını ödəyə bilmərəm inan.

Mənim yaşadığım ömür yolunda,

Hər zaman var olub məğrurca dayan.

Keçən günlərim

Hərdən keçən günlərimə

Heyfim gəlir pis oluram.

Yaş artıq öz sözün deyir

Yavaş -yavas yoruluram

Mən qocalmaq istəmirəm .

Ancaq həyat qocaldandı

Xoş günləri alıb məndən

Qəm kədəri coxaldandı

Belə deyib gülsəm də mən

Çox yorulub sıxılmışam

Mən zahirdə əyilməyib

Daxilimdən yıxılmışam

Müəllif .Zəhra Qasımova.

OĞLUM

Bu dünya elə bil sehrli yerdir

Ağlını başından alarlar oğlum

Başını oxşayıb əlindən tutub

Səni öz toruna salarlar oğlum

Can deyib canından pay umar çoxu

Ağlasan dərdinə göz yumar çoxu

İnsanlar kitabdır vərəqlə oxu

Söz verib üzünə dururlar oğlum

Əyrini əyri bil duz anla duzu

Ədalət göylərə ucaldar bizi

Tutduğun yeri bil, dediyin sözü

Haqq hesab gələndə sorarlar oğlum

Nə qədər dost ola nə qədər tanış

Səni sənin qədər duyası deyil

Nə qədər qar yağa nə qədər yağış kirli ürəkləri yuyası deyil

İçindən gəmrilən ağac quruyar .

Yetimi bəndə yox Allah qoruyar

Qarnı ac olanı yemək doyurar.

Gözləri ac olan doyası deyil.

Nahaqqa haqq verib barışıq olan

Dilində min fəsad min yalan dolan

Üzünün rəngində qarışıq olan

Sözünün üstündə durasi deyil

Müəllif Qasımova Zəhra bəyim Mir Mehdi qızı

SEVİRƏM SƏNİ

Baxışın ömrümə bir ömür yetər

Qaranlıq buludlar üstümdən keçər

İstəsəm sevgimi dünya eşidər

Amma mən səssizcə sevirəm səni

Eşq örtdü gözümü duman hiss deyil

Hisslərim fərqlidir bəsit hiss deyil

Uğruna ölməkdir bu nəfs deyil

Bir bilsən ax neçə sevirəm səni

Sənə bənzədirəm xəfif yağısı

İnsanı titrədir səssiz axisi

Günəşin doğuşu ay parlayası

Hər gecə ,hər səhər sevirəm səni

Bu hissi bilməzsən axı sevmədən

Anidən baş verir tapılmır nədən

Sənin də xəbərin yox bu sevgidən

Qəlbimdə gizlicə sevirəm səni

Müəllif Qasımova Zəhra bəyim Mir Mehdi qızı

OĞLUM

Əl açdım Rəbbimə səni göndərdi

Sevindim sevincdən anladım oğlum

Sən mənim üzümdə gülüş yaratdın

Özümü həyata başladım oğlum

Güllərdən də gözəl ətir qoxurdun

Bağrıma basaraq qoxladım oğlum

Sən rahat yatasan üşümə deyə

Əlimin içində saxladım oğlum

NƏ QƏDƏR Kİ ATAN VAR

Ata bir qəhrəmandı

Övladının gözündə

Mərdliyi igidliyi

Cəmləşdirir özündə

Övladını düşünər gecəsi səhər olar

Çiynində ağır yükü .Əlləri qabar olar

Ata ruzi gətirən

Ata cəsur ürəkdi

Xoşbəxt yaşayırsansa

Atan sağdı deməkdi

ŞƏHİDLƏR

Qanınız qurumur Vətən daşında

Alınan torpağın hər qarışında

Soyuqlu havada fəslin qışında

Qarı yorğan edib yatan şəhidlər

Yarsız qaldı necə cavan yoldaşlar

Sağalmaz yaralı qazı qardaşlar

Çiçəklə bəzənib mərmərdən daşlar

Cənnətin havasın udan şəhidlər

Bəzəyib şəklinə vətən bayrağın

Laylası çevrilib olubdur ağı

Qanayır yarası tutmur qaysağı

Ananın ürəyin didən şəhidlər

Tükənib arzusu bitib sözləri

Yetim körpələrin gülmür üzləri

Ata bacıların yolda qalıb gözləri

Çoxu tapılmayıb itən şəhidlər

Əbədi qəhrəman oldu adınız

Qeyrət göstərdiniz qısas aldınız

Sayənizdə azad oldu yurdumuz

Zəfəri qeyd edir vətən şəhidlər

Müəllif Qasımova Zəhra bəyim Mir Mehdi qızı

İNSANLARA SALAM OLSUN

Xoş avazlı xoş söz deyən

İnsanlara salam olsun

Ruzisini halal yeyən

İnsanlara salam olsun

Qələmi ilə möhür vuran

Məzlumlara tərəf duran

Qəlbdən -qəlbə körpü quran

İnsanlara salam olsun

Haqq ucaldıb batil əzən

Ədalətdən sipər düzən

Eldə alnı açıq gəzən

İnsanlara salam olsun

Sözləri mirvari - inci

Elin - obanın sevinci

Xeyir işlərdə birinci

İnsanlara salam olsun

Vətən keşiyini çəkən

Torpağında güllər əkən

Düşmənlərin qanın tökən

Əsgərlərə salam olsun

Salam verib salam alan

Yaddaşlarda gözəl qalan

İnsanlığa meyl salan

İnsanlara salam olsun

Müəllif Qasımova Zəhra bəyim Mir Mehdi qızı

Dağlar.

Sənə salam olsun ey uca Dağlar

Başının örpəyi, qarı hardadır?

Üstündən şığıyıb uçan qartallar

Hara uçub gedib indi hardadır?

Sənə salam olsun yaşıl yamaclar

Sinəndə otlayan qoyun- quzular

Çobanın çaldığı tütəyin səsi

Susubdur çalmayır ,indi hardadır?!

Sənə salam olsun şehli çəmənlər

Dağlardan süzülən gur şəlalələr

O Baba yurdundan mənə bir xəbər

Küsmüşəm bilmirəm indi hardadir?

Sənə salam olsun Babamın yurdu.

Dağlarda əriməz dağların buzu

Görən quruyubmu ?.O "Callıq suyu"

Axtarıb gəzirəm görən hardadır?

Sənə salam olsun "Ginal kanalı ".

Yanında çımirdi- kənd uşaqları

Uzaqda görünən alma bağları

Viranə qalıbdır indi hardadır?

İndi düşünürəm hər yanı kol- kos basıb

O gözəl kəndimizdən ancaq məzarlar qalib

Allah nəsib eyləsin qayıdaq kəndimizə

Hər yan abadlaşarsa dönəcəkdir cənnətə

Salam deyəcəyəm çıxan günəsə

Necə dözmüşük biz bu necə ilə?

Yenidən qayıdaq öz kəndimizə

Yaşayaq ,yaradaq biz gülə gülə

Müəllif Qasımova Zəhra bəyim Mir Mehdi qızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri